SON DƏQİQƏ

Ağstafa rayonunda 20 Yanvar şəhidləri hörmətlə anıldı

Tarix:20-01-2021, 14:46

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. 
Ümumxalq Hüzn Günündə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri, Əfqanistan Veteranlari İctimai Birliyi Aqstafa rayon filiali sədri Mirzahid Hacıyev iştirak ediblər. Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Anım tədbirində şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə rayon icra hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri əklil və gül dəstələri qoydular. Vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi böyük ehtiramla yad edildi. Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov və nümayəndələri şəhid ailələrinin üzvləri ilə görüşərək onlara dərin hüznlə başsağlığı verdi. 

Bu gün öz qanı ilə tarix yazan şəhidlərin məzarını ziyarət edərkən hər bir vətəndaş qürurlu idi, cünki şəhidlərimizin qanı yerdə qalmadı. Rəşadətli ordumuz və başda Ali Baş Komandan İlham Əliyevin sayəsində işğal olunmuş torpaqlarımız azad olundu.                                           
Allah cəmi şəhidlərimizə rəhmət eləsin! 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ