Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi 23 yanvar tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-1178 və 1179, 1192 maddələrini əhatə edən “Vəsiyyətnamənin forması, qanunu və vəsiyyəti üzrə vərəsəlik mövzusunda fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:
1. Şərəf Cəlilli – Araşdırmaçı, yazar.
2. Qəndab Fərəcova - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Gülşən Rüstəmova – Ailə psixoloq.
4. Yeganə Telmanqızı - “XeberTıme.az” informasiya portalının rəhbəri, AJB-nin üzvü.
Yeganə Telmanqızı
“XeberTıme.az”