SON DƏQİQƏ

Ad günün mübarək, şəhidim

Tarix:22-01-2021, 23:56

Pərvin Təhməzov yaşasaydı bu gün 24 yaşı olurdu.                          
XeberTıme.az  xəbər verir ki,  bu gün Pərvin Təhməzovun doğum günü ilə əlaqədar Sumqayıt Cümə məscidinin  axundu Rauf  Sərdarov, axundun müavi Habil Əkbərov, Sumqayıt şəhid məsçidinin axundu Gülağa İsmayılov, yaxınları, şəhidin dostları, sinif yoldaşları, müəllimləri şəhidin ailəsini ziyarət edərək, onları tək qoymadılar. Əvvəlcə şəhidin məzarı ziyarət olunaraq ruhuna dualar oxundu.  

Sonra şəhidin ailəsi, yaxınları, dostları Pərvinlə bağlı xatirələrini danışaraq onu ehtiramla yad etdilər. Pərvin heç zaman unudulmayacaq. Bu gün o, bir ailənin yox, bütün Azərbaycanın fəxridir! 


Qırx dörd günlük Vətən Müharibəsi bizə minlərlə qəhrəmanımızı yaxından tanıtdı. Onların şücaətləri tarix boyu xalqımızın yaddaşından silinməyəcək
Təhməzov Pərvin İlqar oğluda bu qəhrəmanlardandır. O, 1997-ci il yanvarın 22-də Sumqayıt şəhərində zəhmətkeş azərbaycan ailəsində  dünyaya gəlmişdir. 2004-2015-ci illərdə Sumqayıt şəhər V,İbrahimov adına 35 saylı tam orta məktəbdə təhsil almışdır. 2015-2020-ci illərdə Qərb Unverstetinin tələbəsi olur. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanır.



İkinci Qarabağ müharibəsi zamanı şücaətlə döyüşən əsgərlərimizdən biri idi Pərvin. 27 sentyabrda başlanan Vətən müharibəsi döyüşlərdə igidliklə vuruşur. Suqovuşan, Talış kənd, Ağdərə, Kəlbəcər uğrunda gedən döyüşlərdə şücaətliklə vuruşur. Oktyabr 1-də Kəlbəcər rayonu uğrunda gedən ağır döyüşlərdə belindən yaralanaraq şəhidlik zirvəsinə ucalmışdır. 68 gün itkin düşən əsgərimiz 7 dekabr  son mənzilə yola salındı. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilən şəhidin vida mərasimində onun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri minlərlə insan iştirak edirdi. O da başqa şəhidlərimiz kimi tarix yazaraq əbədiyyətə qovuşdu.  



Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Təhməzov Pərvin İlqar oğlunu ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif edib.  Vətən sağ olsun, öz qanını yerdə qoymadın şəhidim Zəfər tarixi yazdın. 

Nur içində yatasan. Yeni yaşın mübarək şəhid qardaşım! 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”     


              

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ