SON DƏQİQƏ

Azad Rəhimovun komaya düşmə xəbərinə nazirlikdən açıqlama gəldi - YENİLƏNİB

Tarix:23-01-2021, 02:57

Gənclər və İdman naziri Azad Rəhimov komaya düşüb".
XeberTıme.az xəbər verir ki, bu xəbəri Unikal.org saytı yayıb.

Xəbərdə iddia olunur ki, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. "O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb".

Sitat: "Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir".

BAKU.NEWS bildirir ki, Musavat.com-un xəbərinə görə, saatlarla saytlarda və sosial mediada dolaşan bu xəbərə nazirliyin mətbuat xidmətindən cavab ala bilməyib.

Yalnız gec saatlarda "Qafqazinfo" saytında məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova qısa bir cavab verib: "Yalandır".

Lakin iddia və şayiələr ciddi boyuta vardığından, nazirlik təkrar, bu dəfə əsaslı təkzib yayıb.

Musavat.com-a göndərilən təkzibin mətni belədir: 

"Gənclər və İdman naziri Azad Rəhimovun komaya düşməsi ilə bağlı yayılan xəbərlər yalandır".

Gənclər və İdman Nazirliyi Azad Rəhimovun səhhətində ciddi problemlərin yaranması barədə bu gün bir sıra internet resurslarında yayılan xəbərləri təkzib edib.

Verilən məlumata görə, nazir Azad Rəhimovun səhhətində heç bir ciddi problemi yoxdur.

Xatırladaq ki, bir sıra saytlarda Gənclər və İdman naziri Azad Rəhimov komaya düşməsi barədə xəbər yayılıb".

Yayılan xəbərə tv-lər də qoşulub. Real TV Gənclər və İdman naziri Azad Rəhimovla günün son dəqiqələrində əlaqə saxlayıb. Doğrudan da ağ ciyərinin müayinə və müalicəsi ilə məşğul olduğunu bildirən nazir səhhətinin əsasən qaydasında olduğunu bildirib. “Narahatlığa heç bir əsas yoxdur!"

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ