SON DƏQİQƏ

Prezident Rövnəq Abdullayevi işdən çıxardı - SƏRƏNCAM

Tarix:23-01-2021, 18:10

Prezident İlham Əliyev SOCAR-la bağlı sərəncam imzalayıb.
XeberTıme.az   xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb.
Müşahidə Şurasının tərkibi bu şəxslərdən ibarətdir:
Müşahidə Şurasının sədri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Müşahidə Şurasının üzvləri

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru

Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ