Orxanın gəlişini ailəsi və yaxınları sevinclə qarşıladı.Torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük döyüşlərdə təminat biriqadasında xidmət edən könüllü döyüşçü Orxan Süleymanov bü gün böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə qayıdıb və ilk ziyarət etdiyi məkan Sumqayıt Şəhidlər Xiyabanı olub.
Məndə özümə borc bilərək tarixi qələbədə zəhməti olan Orxan Süleymanovun ailəsinin qonağı oldum.
Vətən müharibəsi qəhrəmanımızı tanıyaq.
Süleymanov Orxan Ərəstun oğlu 12 aprel 1999-cı ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş ailədə dünyaya gəlmişdir. 2005-2016-cı illərdə M,Füzuli adına Sumqayıt şəhər 15 saylı tam orta məktəbdə təhsil almışdır. 2017-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə gedir. Goran N saylı hərbi hissədə xidmətə başlayır, sonra Ağcabədi N saylı hərbi hissədə xidmətini davam etdirir. Orxan Süleymanov hərbi xidmətdə hər zaman seçilən əsgərlərdən biri olur. 2018-ci ilin oktyabr ayında həqiqi xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə qayıdır. 2019-cı ildən əmək fəaliyyətinə başlayır və müəyyən özəl şirkətlərdə mühafizəçi kimi çalışır. Azərbaycanda səfərbərlik elan olunan gündən Orxan ailəsinə məsləhət etmədən könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət edir və sentyabrın 30-da cəbhəyə yola düşür. 2 həftə Qaradağ rayonunda yerləşən N saylı hərbi hissələrin birində təlimlər keçir və oktyabrın 14-də cəbhəyə yola düşür.Füzuli, Xocavənd, Cəbrayıl, Hadrud, Şuşa rayonları uğrunda gedən ağır döyüşlərdə təminat briqadasında manqa komandiri olur. Orxan Süleymanovun dayıları Şahverdiyev İntizam və Şahverdiyev Pərviz cəbhəyə maddi dəstək göstərən Vətən oğullarındandır.
Vətən müharibəsi qəhrəmanı Orxan Süleymanov döyüş xatirələrini bizimlə bölüşdü:
- 30 ili idi ki, qələbəmizi gözləyirdik, Çox sevinirəm ki, Vətən müharibəsi mənim gənclik illərimə düşdü və məndə təminat briqadasında manqa komandiri olaraq iştirak etdim. 44 günlük Zəfər tariximizdə mənimdə əməyim oldu. Hər an Vətənimə xidmət etməyə hazıram!
Orxan, qələbə sevincini məhz Qarabağda yaşamaq necə hisslərdir?
- Yeganə xanım inan ki o hissi izah etmək çətindir, gərək yaşayasan ki, biləsən, bir onu deyə bilərəm ki, çox gözəl hisslərdir. Hər rayonu aldıqca sevincimizin həddi-hüdüdu yox idi. Şükürlər olsun Azərbaycan xalqı qalib xalq olaraq bütün dünyaya öz gücünü göstərdi. Başda Ali Baş Komandan olmaqla Müzəffər ordumuz, xalq qalibiyyət üçün əlindən gələni edərək Zəfər tarixini yazdı. Şəhidlərimizin, qazilərimizin qanı bahasına 44 günlük müharəbədə milli ruhumuza qovuşduq, ata, baba torpaqlarımızı geri aldıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimizə şəfa versin Amin!
Xatırladaq ki, əsgər Süleymanov Orxan Ərəstun oğlu N saylı hərbi hissənin komandiri tərəfindən qismən Səfərbərliklə hərbi hissədə xidmət etdiyi müddət ərzində qazandığı nailiyyətlərə və yüksək nizam-intimazı ilə fərqləndiyinə görə fəxri fərmanla təltif olunub.
Yeni nəsil böyüməkdə olan nəsil üçün vətənpərvərlik nümunəsidir.
Sənin kimi oğullarla Azərbaycan xalqı fəxr edir!
Yeganə Telmanqızı
“XeberTıme.az”