SON DƏQİQƏ

Lider Tv-də yayımlanan “Çıxış yolu” proqramı qazinin evinin təmirini reallaşdırdı- FOTO\VİDEO

Tarix:23-01-2021, 23:50

Vətən müharibəsi qəhrəmanlarının xidmərindəyik!
Lider tv də yayımlanan "Çıxış Yolu" verilişi sosial proqram olaraq illərdir aztəminatlı ailələrin, şəhid ailələrinin, sağlamlığı məhdud vətəndaşların, Qarabağ qazilərinin sosial, tibbi, hüquqi, psixoloji problemlərinin həlli istiqamətində çalışıb. 44 günlük Vətən müharibəsi qəhrəmanlarının tanıdılması hal hazırda proqramın ana xəttini təşkil edir. "Çıxış Yolu" verilişinin layihə rəhbəri və aparıcı Nuranə Gülər respublikamızın bütün bölgələrində şəhidlərimiz haqqında və qazilərimizlə bağlı verilişlər etməkdə davam edir. Bu günlərdə proqram 18 yaşlı qazimiz Ruslanın evinin təmir olunmasına nail olub. Təmirin xərclərini proqramın eksperti, Star Kids şirkətinin rəhbəri Aygün Əliyeva və kollektivi üzərinə götürüb.

“XeberTıme.az”  
 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ