SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:26-01-2021, 23:19

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra”  verlişi 30 yanvar tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.  
Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137 maddəsini əhatə edən “Ləyaqətsiz vərəsələr“ mövzusunda və 1193, 1194 maddələri əhatə edən “Əmlakdan məcburi payın alınması” mövzusunda fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                                                                                          
 
1. 
Cəlil Mahmudov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.   
  
2. İlhamə Merdiyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
 
3. Gülnar Orucova- Psixoloq.                                                                                              
4. Əldər Cavadov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
 
Yeganə Telmanqızı 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ