Azərbaycan tərəfi Füzuli bölgəsində daha 31 hərbçinin cəsədinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib.
XeberTıme.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumatlara görə, təhvil verilənlər ehtiyatda olanlardır. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib.