SON DƏQİQƏ

Ötən ilə nəzər salarkən nələr düşündüm

Tarix:27-01-2021, 11:45

2021 ci ilin  Yanvar ayını başa vururuq.
Otən bir ilə nəzər salıram.
Gah sevinirəm, gah da kövrəlirəm.
Sevinirəm, ona görə ki, 30 il işğalda inləyən torpaqlarımızı yağı taptagından azad edə bildik. Kövrəlirəm ona görə  ki, bir- birindən yaraşıqlı minlərlə igidlərimiz vətənimizin azadlığı uğrunda canını fəda  etdi. Anaların, bacıların bağrı yarııldı. Neçə körpə uşaqlar atasız böyüdü, bu gün də böyüyür.   
Ayda bir dəfə nəşr olunan müstəqil, ədəbi, bədii , ictimai " Həkəri" qəzetinin hər sayında şəhidlərimizin, qazilərimizin şərəfli ömür yolları haqqında  məqalələr dərc olunanda qəlbim bir az təskinlik tapır. Elə bir ailə tapılmaz ki, yaxını, əzizi, dostu, qonşusu Vətən müharibəsində itki verməsin .
Pandemiya da bir tərəfdən can alır.
Virusu bəşəriyyətə yayanlar insanlığa qənim kəsiliblər.
Bir il ərzində nə qədər dostlarımızı, yaxınlarınızı itirdik. Ona görə itirdik yazıram ki, dünyasını dəyişən insanlarla vidalaşmağa da icazə verilmədi. 
Belə ölümü urvatsız ölüm adlandırıram . Təsəvvür edin ki, dünya şöhrətli bir alim dünyasını dəyişir, həkimlər korona diaqnozu təyin edirlər.  Ciddi karantin rejimi səbəbindən  bacı qardaşının, oğul atanın dəfnində iştirak edə bilmir. Dörd nəfər maskalı, xüsusi geyimdə gəlir, dağ boyda kişini götürüb  harda dəfn edirsə, heç kəsin xəbəri olmur.
Geofizik alim, karikaturaçı rəssam  Kərim Kərimovun ölümü də belə sakit , səssiz, səmirsiz oldu. Sürücüsü mənə zəng edərdə  bu o dövr idi ki, heç kəs evindən çölə çıxmırdı.Təsəvvur edin: Kərim müəllim evində 86 yaşında dünyasını dəyişir. Xəstə qızı  əlacsız vəziyyətdə ağlayır. Kərim müəllimin tək oğlu isə Türkiyədə yollar bağlı olduğu üçün Bakıya atasını dəfn etməyə gələ bilmir.
Nə yaxşı ki, Yasamal rayon icra hakimiyyətində işləyən dostumuz Vaqif Məmmədova və mərhumun bacısı oğluna zəng edərək sosial şəbəkələrdə bu acı xəbəri paylaşıram. Nəhayət ki, dağ boyda kişini dörd nəfər Qurd qapısı deyilən gölün qırağında çətinliklə də olsa, icra hakimiyyətinin göstərişi ilə   iki mert yer tapıb dəfn edirlər.1991- ci ildə Müdafiə Nazirliyinə 100 min dollar pul keçirdən belə bir şəxsiyyət haqqında tək " Həkəri"  qəzeti məlumat paylaşdı. Rəhmətliyin fəaliyyəti barədə  yaxşıki kitab yazaraq sağlığında çap etdirdim. Haqqında Azərbaycan televiziyasında film çəkdirdim .Atatürk Mərkəzində ermənilərin iç üzünü açan siyasi karikaturalarından ibarət  sərgisinin təşkilatçısı və aparıcısı  oldum. Bu şəxsiyyət haqqında Akademiya rəhbərliyi yuxarıları  məlumatlandiraydı. Adi bir nekroloq da yazılmadı...
Hansıki  ulu öndər Heydər Əliyevin  Sərəncamı ilə " Şöhrət " ordeni almış geologiya, minerologiya elmləri doktoru, professor,  beynəlxalq patentlərin müəllifi (zəlzələnin olma təhlükəsini 4 saat əvvəl cihazlarla təyin etmə üzrə),  AMEA-   nın 20 il Müxbir üzvü olmuşdur. Həqiqi üzv olması üçün ondan yüz min pul istəyən Akademiyanın rəhbərliyi   gərək ölkənin birinci şəxsinə məlumat verməliydilər. Həmin vaxt Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da Fəxri Xiyabanda dəfn olunmuşdu.
Kərim Kərimovun belə sakit  dəfnini  isə bilmirəm biganəlik ya yiyəsizlik adlandirim? 
Alimə gərək belə  qiymət  verilməyəydi . 
Professor dostumuz, iqtisadçı alim   Zahid Məmmədovun  müasir xəstəxanada  beyninə qan sızması və guya karona diaqnozu ilə  sap sağlam kişinin dünyasını dəyişməsini indi də dərk edə bilmədim. Karona adından istifadə edib varlananlar da çox oldu.
Bəşəriyyət pandemiya təhlükəsindən hələ ki, tam qurtula bilmir.Cunki, insanların 90 faizi Allaha bəndəlik etmir, qırğınlar törədir, bakterioloji silahlar istehsal edir, zərərli maddələri qəstdən yayaraq kütləvi terror, qırğın  törədir, baş bilənlər insan artımını azaltmaq üçün hər hoqqalardan çıxırlar...
Gəlin müvəqqəti ömrümüzü dərdsiz, qəmsız, davasız, mehriban yaşayaq,  insanlara dəyər verək.
Allahın bəşəriyyətə verdiyi nemətlər, yeraltı və yerüstü sərvətlər bərabər bölünərsə, nəinki 7 milyard insanı, hətta 60 milyard insanı da dolandırmaq olar.
Uca Rəbbim hər işi tənzimləyir. Yaranan nə vaxtsa dünyasını dəyişir, onların yerini yeni doğulanlar tutur. Bu Allahın nizamlı hökmüdür.
Amma qəsdən insanı məhf etmək, xəstəlikləri yaymaqla kütləvi qırğınlar törətmək bəşəri cinayət sayilmaqla Allahın qəzəbinə gələ bilər.
Odurki, hələ  gec deyil. Lovgalıqdan,  kin və küdurətdən,  təkəbbürdən,   terrordan qırğınlardan,   paxıllıqdan, rüşvətxorluqdan,  dələduzluqdan, əzazillikdən əl çəkməklə, sağlam qida istehsal edərək   xəstəliklərə qalib gələ  bilərik.
Xeyirxahlıq isə ölkələrə bərəkət gətirər!
Bəşəriyyət gülərsə, Uca Rəbbim də öz mərhəmətini bol edər, salamatcılıq olar.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ