SON DƏQİQƏ

28 dekabr – Vəkil günüdür

Tarix:28-12-2024, 00:29

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq  hər il dekabrın 28-i Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd olunması baradə sərəncam imzalayıb. Dövlət başçısının vəkillik institutuna göstərdiyi yüksək qayğı və etimada görə Vəkillər Kollegiyasının üzvləri və bütün vəkil korpusu adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Bu, ölkədə vəkilliyin nüfuzunu daha da artıracaq. Vəkillər artıq həmin tarixi peşə bayramları kimi qeyd edirlər. Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, dekabrın 28-də ölkəmizin bütün vəkil qurumlarında ödənişsiz hüquqi yardım aksiyası keçirilir. Bütün aztəminatlı, imkansız, hüquqi yardıma ehtiyacı olan şəxslər həmin gün Vəkillər Kollegiyasının Bakıda və regionlarda yerləşən qurumlarında keyfiyyətli, peşəkar pulsuz hüquqi yardıma çatımlılıq əldə edirlər. Bu yolla vəkillər vətəndaşlarımıza xidmət göstərir, onların ehtiyaclarını ödəyir, problemlərinin həllində töhfə verirlər. Ölkəmizdə vəkil peşəsinin müstəqilliyi tam təmin olunub. Məhz Ümummilli Lider Heydər Əliyevin vəkillik institutuna böyük qayğısının təzahürü kimi ölkəmizdə ilk dəfə 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul olunaraq müstəqil vəkilliyin əsası qoyulub. Azərbaycan vəkilliyini gücləndirən və onun nüfuzunu artıran isə Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı tərəfindən vəkillik institutuna verilən ən böyük töhfələrdən biri də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişlərin mərkəzləşdirilmiş qaydada Vəkillər Kollegiyasına həvalə edilməsidir. Vəkil- məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu.                                     
Bizdə “XeberTıme.az” Analitik İnformasiya Portalı olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Dünya TV-də yayımlanan “Qanun və İcra” proqramının aparıcısı tanınmış hüquqşünas Əkbər Yusifoğlu başda olmaqla, proqramın vəkil ekspertlərini, Azərbaycanda fəaliyyət göstərən bütün vəkilləri 28 dekabr “Vəkil günü” münasibəti ilə ürəkdən təbrik edirik, məsul və şərəfli peşələrində bol-bol uğurlar arzulayırıq. Bayramınız mübarək olsun!

Yeganə Telmanqızı               
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ