Bu gün Azərbaycan vəkilliyinin tarixində ən əlamətdar günlərdən biridir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 100 ildən artıq tarixi olan və 1919-cu ildə Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmışdır. Həmin tarix əbədi olaraq dövlət və hüquq tariximizə vəkilliyin təşkili günü kimi həkk olundu və artıq 5 ildir ki, vəkillərimizin təqvimində bayram günü olaraq öz layiqli yerini tutub.
Azərbaycan Xalq Cümhuriyyətinin dövründə əsası qoyulmuş qurumun varisidir. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla Avropanın bir sıra inkişaf etmiş dövlətlərini qabaqlayaraq Şərqdə qadınlara seçki hüququ verilmiş ilk ölkə olmuş, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.
1991-ci ildə müstəqillik bərpa edildikdən sonra vəkillik institutu dirçəlməyə başlamışdır. Belə ki, ümummilli lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanmışdır. Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisatı olmuş və həmin dövrdə qəbul olunmuş yeni prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu tərəfinə çevrilmişdir. Son illər ölkəmizdə vəkillik institutunun inkişafı istiqamətində mühüm işlər görüldüyünün şahidi oluruq. İnsan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Azərbaycan vəkilliyi daha da inkişaf edəcək, daha da güclənəcək Kollegiya tərəfindən vəkillərin sayının artırılması ilə bağlı genişmiqyaslı işlərin görülməsi, vəkilliyə test üsulu ilə qəbulu həm xanım vəkillərin sayı, həm də regionlardakı vəkillərin sayı da dəfələrlə artmışdır. Güclü və nüfuzlu vəkillik institutu olmadan ölkədə ədalət mühakiməsinin normal fəaliyyəti mümkün deyil. Hər bir Azərbaycan vətəndaşı ölkədə yüksək keyfiyyətli hüquqi yardım almağa tam qadirdir. Dövlətimiz tərəfindən vəkilliyə göstərilən diqqətin və hörmətin təzahürüdür. Göstərilən hüquqi yardımın daha keyfiyyətli və peşəkar olması üçün Vəkillər Kollegiyası tez -tez təlimlər keçirir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov başda olmaqla bütün həmkarlarımı “Qanun və İcra” proqramı adından, şəxsən öz adımdan “Vəkil günü” peşə bayramı münasibəti ilə ürəkdən təbrik edir və onlara fəaliyyətində uğurlar arzulayıram.
Əkbər Yusifoğlu
Tanınmış hüquqşünas
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili.