SON DƏQİQƏ

Mən həyatda hər zaman mübariz oldum, Yaşamağa dəyər!

Tarix:28-01-2021, 01:20

AYB-nin üzvü Rauf İlyasoğlu ilə birgə dəyərli sənətkarımız Ramiz Əzizbəylini ziyarət etdik. Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Həkəri” qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlu ilə birgə Azərbaycan mədəniyyətinə saysız-hesabsız töhfələr vermiş, “Şöhrət” ordenli, prezident təqaütçüsü, Azərbaycan kino rejissoru və aktyoru, şair, Azərbaycan Respublikasının xalq artisti, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtitetının estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri, filmlərinə sevə-sevə baxdığımız, böyük sənətkar, xalqımızın sevimlisi Ramiz Əzizbəylinin ailəsinin qonağı olduq.                             

Həyata hər zaman nikbin baxan, mübariz, həyatsevər Ramiz müəllim sizi görməyimə çox şadam və sevinirəm ki, mənə nəsib oldu ailənizin qonağı olmaq.                                                                                             
– Rauf müəllim, Yeganə xanım çox sağ olun bu gün ailəmizin qonağı olduz. Mən həyatda hər zaman mübariz oldum, Yaşamağa dəyər! 
Heç vaxt heç bir çətinlikdən şikayətlənmədim, şükürlər Ulu yaradan mənə möhkəm iradə, güç, qüvvə verib. Birdə Allah mənə etibarlı, qayğıkeş həyat yoldaşı, gözəl övladlar, xüsusi istedad, insanların sevgisini və dəyərli dostlar nəsib edib.                                                        
Əsl gözəllik insanın təbiiliyində, ağlında, düşüncəsində, əxlaqi tərbiyəsində, danışığında, gülərüz simasında olur.                                                  
Hər zaman xalqıma, dövlətimə, vətənimə bütün varlığım ilə ləyaqətlə xidmət etmişəm.                                                                   

Ramiz Əzizbəyli 500-də artıq seirin və məqalənin müəllifidir. “Həkəri” qəzeti redaksiyasının fəxri üzvüdür.  “Həkəri” və respublikada yayımlanan qəzetlərdə mütamadə olaraq onun yazıları dərc olunur. 1961-ci ildən kino sahəsində çoxşaxəli, yaradıcılıq fəaliyyəti olmuşdur. 40-a yaxın bədii filmdə aktyor kimi müxtəlif rollara çəkilmişdir. Minlərlə tamaşaçının ürəyini fəth edən aktyor 1987-ci ildən kinorejissor kimi fəaliyyətə başlamışdır. 2005-ci ildə “İlin rejissoru” seçilmişdir.                                                                    
Ramiz müəllim bir sıra nüfuzlu mükafatların sahibidir: “Hacı Zeynalabdin Tağıyev”, “Qızıl çıraq”, “Qızıl buta”. Neçə-neçə Beynəlxalq və Milli kino müsabiqələrinin mükafatlarına layiq görülmüşdür. Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan peşəkar kinorejissorlar və aktyorlar gildiyasının, AzərbaycanYazıçılar Birliyinin, Fera Avropa peşəkar  kinorejissorlar federasiyasının, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının Məclis üzvü, “Mədəniyyət, İncəsənət və Turizm” komissiyasının sədridir.                                                                          
Ailəni ziyarət etdiyimiz zamanda ömür-gün yoldaşı Zümrüd xanım, qızları Cəlalə xanım, Xədicə xanım  Ramiz Əzizbəylinin keçdiyi şərəfli, maraqlı və çoxşaxəli sənət yolundan danışdılar.                                                           
Xatırladaq ki, Ramiz Əzizbəylinin 2 qızı 3 nəvəsi var. Ömür-gün yoldaşı Zümrüd xanım böyük sənətkar Mövsüm Sənaninin bacısı nəvəsidir.                                     
Dəyərlimiz Ramiz Əzizbəyli Ulu yaradandan sizə möhkəm can sağlığı, uzun ömür, sağlam həyat arzulayıram.

Yeganə Telmanqızı 
 “XeberTıme.az”


                                                                                                                                                                            
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ