SON DƏQİQƏ

Ramiz Əzizbəyli ilə görüşümüz unudulmaz bir xatirəyə çevrildi - FOTO

Tarix:28-01-2021, 09:55

Azəbaycan çempionu nərd oyununda mənə 3-0 hesabıyla qalib gəldi.
Həkəri qəzetinin şöbə müdiri , Xəbər Times.az saytının rəhbəri Yeganə Telmanqızıyla birlikdə Ramiz Əzizbəyli gilə getdik. Adəti üzrə bizi çox mehriban qarşıladılar.
Rauf, hardasan, darıxmışam- deyən dostumuza pandemiya təhlükəsindən gileyləndim və dedim: Ramiz müəllim. Gördüyünüz bu Yeganə xanım bir ildir ki, sizinlə görüşüb söhbət etmək istəyir. Sizin pərəstişkarınızdır, Jurnalistdir.
Xoş gəlib, şəfa gətirib deyərək stola təzə süfrə açaraq şirniyyatla ətirli çaydan nuş edərək söhbətə başladıq.
Yeganə xanım çox istiqanlı, ünsiyyətcil şirin dilli xanımdır. Tez bir zamanda mehriban ailə ilə ünsiyyət yaratdi.
Ustad sənətkara dedi ki, biz səni çox sevirik. Yüzlərlə yumoristik verilişlərdə çəkilmiş sevimli aktyorumuz zarafatından qalmadı və həyat yoldaşı Zümrüd xanımın əlindən öpərək dedi Zümrüd xanım inciməsin Mən də səni sevdim dedi və məclisə bir xoş ovqat qatdı. Ramiz Əzizbəyliyə “Həkəri” qəzetində çap olunmuş şeirlərini göstərdim, çox sevindi və “Münacat” şeirini oxudum.

               Münacat
 
Bazar bahalaşıb, söz ucuzlaşıb.                                                           

Tamah harınlaşıb, göz quduzlaşıb.                                                
Qəlblər daşa dönüb, o da buzlaşıb.                                                               
Bu buzu qırmağa daş ver, İlahi! 
                                                                                                        

Qardaş öz qardaşın almayır vecə,                                                 
Yaşamaq həddindən enibdir heçə.                                                       
Günün qayğısından usanan gecə,                                                       
Yastığa qoymağa baş ver İlahi!   
 
İlin axrında, əsrin sonunda,                                                                 

Şeytan da, iblis də- insan donunda.                                           
Nadanın, nankorun, xanın önündə,                                                                  
Sinə ver durmağa, döş ver İlahi! 
 
Yağmura, gümanlı yerlər kimiyik,                                                        

Taleyi dumanlı ərlər kimiyik,                                                          
Meydana atılan zərlər kimiyik,                                                       
Şans ver oynamağa, şeş ver İlahi!   
 
“İhdina siratəl müstəqim”- deyən,                                                    

Sənə sığınmışdır, Sənə əzəldən.                                                      
Bəndən baş açmırsa hikmətlərindən,                                                   
Yerin Əzrayıla tuş ver; İlahi! 

Xanımlar sonra o biri otaqda sohbətləsərkən Ramiz müəllim mənə əlyazmalarından verərək kompüter formatına  kocurtməyi xahiş etdi . Onu da qeyd edim ki, elektron mətbəəsinin kompüterində Ramiz Əzizbəylinin beş yüz səhifədən çox yazısı dörd kitabliq materialı cəmləşib.
Əlyazmaları yazdıraraq çap olunmaq üçün hazırlayırıq.
Mətbəə müdiri Ceyhun Əliyev işləri yubadir və belə getsə yalançı kəsləri Agdamsayagı başa salmaliyam ki, çaşmasın , Ustad sənətkara diqqət ayırsın. Kitabın pulun əvvəldən alıb müəllifləri narazı salmaq yaramaz.
Nəisə... bu ayrı mövzunun söhbətidir.
Ramiz müəllim tapşırıqlarını verdikdən sonra dedi nərdi gətir. Cox insaflı və dürüst oynayan Ramiz Əzizbəyli ilə nərd oynayanda adama elə gəlir ki, nərddə qalıb gələcəksən . Bir taş oynadıq . Mars olmaqdan canımı güclə qurtardım. Azəbaycan çempionu mənə 3 - 0 hesabıyla qalib gəldi.
Dedim ki, Ramiz müəllim, üç aydır ki, gəlmirəm, maşallah, enerji toplamısan, sən əsl çempionsan.
Həmkarım Yeganə Telmanqızı da uşaqlıqdan arzusunda olduğu görkəmli sənətkarimızla söhbət etməkdən çox qururlandı.
Növbəti görüşümüzdə Yeganə xanım əl qabiliyyətini nəzərə alıb tort bisirəcəyinə söz verdi.
Etibarlı dostlara evinin qapısı da açıqdır deyən Ramiz Əzizbəyli və mehriban ailəsi ilə səmimi söhbətimiz unudulmaz bir xatirəyə çevrildi
 
Rauf İlyasoğlu                                                                                 
Şair-publisist


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ