“Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək “Dünya TV”-nin efirində çanlı yayımda nümayiş olunacaq.
01.02.2025-ci il tarixində efirə gedəcək “Qanun və İcra” proqramında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125 və 134-ci maddələri “Özünü öldürmə həddinə çatdırma. Rüsvayedici məlumatların yayılmasının qarşının alınması” mövzusunda qarşılıqlı izahlar, fikir mübadiləsi eləcədə, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə proqrama ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1. Ceyhun Oqtayoğlu - Hüquq müdafiəçisi
2. Günay Hüseynova - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
3. İlkin Xəlilov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
4. Fuad Şirinov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “dünyatv.az” “XeberEkspress.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTV.info” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az