“Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək “Dünya TV”-nin efirində çanlı yayımda nümayiş olunacaq.
15.02.2025-ci il tarixində efirə gedəcək “Qanun və İcra” proqramında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsi “Oğurluq cinayətləri” mövzusu, eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qarşılıqlı izahları, fikir mübadiləsi eləcədə, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə proqrama ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1. Gülnar İbrahimqızı- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
2. Yeganə Telmanqızı- AJB-nin üzvü, Jurnalist.
3. Elmar Süleymanov- - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
4. Rahul Quluzadə - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “dünyatv.az” “XeberEkspress.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTV.info” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az