İnsanlara diqqət, qayğı artırılmalıdır!
Çoxsaylı insanların müraciətinə əsasən ölkə prezidenti İlham Əliyev cənablarının nəzərinə bir çox incə, həssas məsələləri çatdırmağı özümə borc bilirəm.
Uzun illər dövlət qəzetlərində çalışmışam.15 kitab müəllifiyəm. Dövri mətbuatda müxtəlif mövzulu aktual məsələlər barədə yüzlərlə məqalələrim, ocerk və tədbir yazilarim çap olunub. 4 kitabım şəhidlərimizə həsr olunubdur.
Yazdıqlarım faktlara əsasən qərəzsiz olub.
İnaniram ki bu yazını diqqətlə oxuyub xalqı incidənləri vəzifələrdən uzaqlasdiracaqsınız.
Heç bir qərəzli məlumatlar yatmaram .
Vətəndaşları maraqlandıran məsələləri ölkə başçısına çatdırmağı vacib bilirəm.
Ölkə Prezidenti vətəndaşların yaxşı yaşaması üçün əlindən gələn koməklikləri əsirgəmir.
Bəzən isə bir çox nazirliklərdə süni əngəllər törətməklə insanları dövlətdən narazı salmağa çalışırlar.
Ordumuz şanlı qələbə qazanıb. Əlbətdə ki, bu qələbə bizi sonsuz dərəcədə sevindirir.
Haqqında söhbət açmaq istədiyim nazirliklərdən biri də Əmək və Əhalinin Sosial müdafiə nazirliyidir.
Nazirliyin rayon şöbələrinin fəaliyyətinin dayandırılması və səlahiyyətlərinin nazirlikdə bir əldə cəmlənməsi olduqca narazılıq yaradıb.
İnsanlar dərdlərini deməyə bir yer tapa bilmirlər. Əlillərin əksəriyyətinin pensiyalarının kəsilməsi pandemiya dövründə necə ailənin dolanışığına mənfi təsir göstərib.
Vətəndasların ölüm pulları, müavinətləri, təqaüdləri vaxtında verilmədiyinə və insanlara düzgün cavab verilmədiyinə görə narazılıqlar gunu- gündən artmağa başlayıb.
Bir qəzet redaktoru olaraq ünvanıma çoxlu sayda şikayətlər gəlir. Nazirlik saxta əlillik axtarışına çıxıb. Qurunun oduna yaş da yanır.
Beləki talassemiyalı, bronxial asma xəstəliyi olan necə vətəndaş şikayət ərizəsi ilə yuxarı instansiyalara müraciət edib və müraciətlərə cavab verilmir.
Əlil var ki bir ildə yerli poliklinikalardan beş dəfə 88 nömrəli forma nazirliyə göndərilir, səhərisi vətəndaşın əl telefonuna cavab gəlir ki, forma tam doldurulmayıb.
Bu bəhanələrlə insanlar incidilir, vətəndaşlara maddi və mənəvi zərbə vururlar
Pandemiya vaxtı beynəlxalq banklardan verilmis pensiya kartları Kapital bankın nəzarətinə verildiyi üçün insanlar saatlarla növbələrdə gözləməyə məcbur ediliblər.
Vətəndasların növbələrin coxluğundan, gözləmələrin ucbatından kartlarını aylarla ala bilmirlər.
Rayon sosial təminat şöbələrinin əvəzinə təzə yaradılmış SÖMİ deyilən idarənin işçilərinin səriştəsizliyi ucbatından pensiyalar düzgün hesablanmır, köhnə təcrübəli kadrlar işdən uzaqlaşdırılır. Necə deyərlər Əlinin papağı Vəlinin başına qoyulur. İnsanların pensiyaları müavinətləri, prezident təqaüdləri gecikdirilir.
Bir həftə bundan əvvəl əl telefonuma zəng gəldi. 1977-82 ci illərdə institutda bir oxuduğumuz tələbə dostum Ənvər Məmmədov mənə zəng edərək dedi: “5 ildir ki, bronxid asma xəstəliyinə görə təqaüd alırdım. Ozum də dərmanla yaşayan adamam. Mənim də pensiyanı dayandırıblar”.
25 ilin xəstəsi olan əlil dostumun pensiyasının qeyri qanuni olaraq dayandırılması məni çox dilxor etdi. Təxminən üç ay əvvəl 5 nömrəli xəstəxanada müalicə olunan Ənvər Məmmədovla Bakı Kamvol kombinatında gənclik illərimizi birgə işləmişik. Toxucu sexinin rəisi olan gənc mütəxəssis tozlu sexlərdə işləyərək asma xəstəliyinə tutulmuşdur.
Cavan yaşından xəstə olsa da, 55 yaşında sənədlərini hazırlayaraq tibbi sosial ekspertiza mərkəzinə verərək həkim komissiyasının rəyinə əsasən ikinci qrup əlil olaraq təqaüdə çıxmışdır. 2021- ci ilin yanvar ayından təqaüdü dayandırılmışdır.
Yasamal rayon sosial müdafiə fonduna müraciət etsə də, onlaynla işləyən fond işçiləri ona bildirmişlər ki, Asan xidmətə, Dost mərkəzinə müraciət et. Dost xidmətində astma xəstəsinə bildirmişlər ki, həkim bu arayışı düz doldurmayib. Gərək bir neçə aydan sonra xəstəxanada yatasan, sonra yenidən arayış gondərməlidirlər. Poliklinika həkiminin guya 88 nömrəli formanı düz doldurmadigı ucbatından Ənvər Məmmədov pensiyadan məhrum olmuşdur .
Belə bir hadisə çoxlarının başına gəlib. Deməli Əmək və Əhalinin Sosial Müdafiə nazirliyində işləyən rəhbərlərin biliyi 40 ilin həkimindən çoxdurmu?
Rayonlarda Sosial Müdafiə Fondları nazir Sahil Babayevin rəhbərliyi altında iflic vəziyyətinə salinibdir.
Əhalinin məşğulluq fondlari ixtisar olunub. Rayonların Sosial Müdafiə Fondunlarının qarşısında çoxlu sayda pensiyaçılar şikayətə gəlsələr də, pandemiya ilə əlaqədar insanlar dərdlərini deməyə bir nəfər də tapmadılar. Tapsalar da rayon Sosial Müdafiə Fondı heç bir səlahiyyətə sahibi deyillər.
Nazirlik bir pəncərə prinsipinə uyğun hər işi öz əlində cəmləmisdir. Burda məqsəd vətəndaşları ölkə başçısından qəstdən narazı salmağa köklənibdir.
Yazını hazırlayırdım ki, Ağdamın Quzanlı kəndindən mənə bir zəng gəldi.Vətəndas oğlunun hərbi xidmətdə olarkən xəstələndiyini, iki ay Bakıda yerləşən hərbi hospitalda müalicə olunduqdan sonra talassemiya xəstəsi olan oğlunun da bu il pensiyasının kəsildiyini bildirərək əsəbləsdiyini dedi.
Qonşumuz Yavər Məmmədov Qarabağ müharibəsi əlili olsa da, vaxtilə ondan əlilliyə görə təqaüdə çıxması üçün rüşvət istəsələr də, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin səlahiyyətliləri vaxtilə lazımi insanları pensiya ilə təmin etmişdi.
Pensiya almayan bu kasıb ailənin 3 uşağı olduğu üçün həyat yoldaşı neçə il idi ki, uşaqlara görə pensiya alırdı. Qonsum. pensiyasının kəsilməsindən şikayət edirdi. Krediti ödəyə bilməyən qonşumun halına çox acıdım.
Sən demə Milli Məclisdə ötən ildə düşüncəsiz qərar çıxardıblar ki, üç uşaqlı anaların pensiyası dayandırılsın, əvəzində beş uşaqlı analara təqaüd verilsin.
Usaq pulu verilməyən bir ölkədə bu yol verilməzdir.
Onu da bildirək ki, hər ayın 20 də təqaüdlər verildiyi halda, pensiyalar yanvar ayının 29-da bankomatlara köçürülüb. Nazirlik isə hesabat verir ki, pensiyaları uğurla həyata keçirmişik.
Dövlət, hökumət uşaq pulu vermək əvəzinə təqaüdləri kəsməsi heç bir məntiqə sığmır.
Təsəvvur edin ki, Murovda soyuqda xidmət edən MAHHXH qulluqçusunun əmək haqqı 800 manat olduğu halda 2021 - ci ilin yanvar ayından əmək haqları yarı faizi kəsilibdir.Vətən uğrunda canlarını qurban verən əsgər və zabitlərə belə münasibət nə dərəcədə düzdür? Vətən uğrunda şəhid olan soydaşlarımızın arasında uşaq pulu almayan oğullar idi. Şəhid ailələrinin imtiyazları gecikdirmək, onların haqlarına sahib çıxmaq , biganəlik, ləyaqətsizlik və vicdansızlıqdır.
Hörmətli Prezident!
Siz kadrları seçərkən onların ermənilərlə qohum olub olmamasını araşdırsanız daha məqsədə uyğun olar.
Bəzi xəbər saytları isə məlumat yayırlar ki, dövlət vətəndaşların pensiyalarından kəsilən bu pulları " Yaşat" fonduna keçirtmək istəyir.
Ötən il Nazirlər Kabinetinin ilin yekunları ilə bağlı keçirilmiş hesabat yığıncağında Əmək və Əhalinin Sosial Müdafiə nazirimiz Sahil Babayev necə gözəl, şirin, dadlı, duzlu çıxış elədisə, təqaüdçülərin iştahları artdı. Fikirləşdik ki, bu qədər artım olacaqsa, o qədər pulu necə xərcləyəcəyik, deyə beynimizdə cək- cövür edirdik. Sən demə bu sevincimiz əbəs imiş. Təsəvvür edin , tutaq ki, mən 220 manat pensiya alıram. Prezident Sərəncam imzalayır ki, minimum pensiyalar 200 manat olsun. Neynək olsun! Axı beş on il stajı olan və 120 manat pensiya alan vətəndaşın pensiyası qaldırılıb 200 manat olursa, 220 manat aldığım mənim kimi insanların 40 il iş stajı olsa da, onlara bu artım şamil edilmirsə, ədalət prinsipi burda pozulmurmu?
Bir nəfər cəsarətli məmir Prezidentə düzgün məlumat vermir ki, bu qərəzkarlıq , ölkə rəhbəri ilə əlillər, təqaüdçülər arasında ciddi narazılıq yaradır. Bu haqda Seyid Kamran yana-yana danışaraq redaksiyamıza zəng edərək bu haqda yazmağınız xahiş edir.
Qanunlarımız da çox boşluqlar var. Keçmiş sovetlər birliyində evin, ailənin tək oğul uşaqların hərbi xidmətdən azad olunardı. Genofon gözlənilirdi. İndi belə qanunlar müstəqillik şəraitində niyə ləğv olunub? Uşaq pullarını vermək o qədərmi çətindir? Milyardlarla sahib olan oliqarx məmurlarin gözləri nə vaxt doyacaq ki, kasıblar da insan kimi dolansın?
Onu da unutmayaq ki, Vətən müharibəsində bizə qələbə qazandıran əsgər və zabitlərimiz kasıb təbəqənin qeyrətli ogullarıdır. Belə oğulların isə yaxşı yaşamağa haqqı var.
Sahil Babayevin deyilənə görə anası şəkər xəstəsidir, ürəyinə görə pensiyaya çıxıb…
Nazir 2005-ci ildə pensiyaya çıxmış anasının qrupunu ləğv etmir, amma 1990- cı illərdə pensiya alan şəkər və ürək xəstələrinin əlillik qruplarını ləğv edib.
Saxta əlillik ovuna çıxan şübhəli nazir Prezidentdən bir " malades" kəlməsi qazanmaq üçün xalqa qənim kəsilib.
Daha unutmur ki, ölkə başçısının sərt yumruğu qudurmus məmurların təpəsin əzə bilər.
Ölkə başçısına yalan məlumatlar verənlər ifşa olunmalıdır.
Pensiyaları əsassız olaraq bir ucdan dayandırılması insanlığa vurulan maddi və mənəvi zərbədir.
70-80 yaşlarında hər hansı vətəndaş pensiyaya çıxsa da işləyib yaxşı əmək haqqı alırsa və qəfildən dünyasını dəyişərkən onların ömru boyu sosial fonda, vergiyə, sığortaya ödədikləri pullar mərhumun ailəsinə çatmaq əvəzinə ləğv olunaraq gedər gəlməz fonda yönəldili.
Bu məsələni araşdırmaq üçün baş sındırmaq lazım deyil.
İnsanların haqlı narazılığına son qoyulmalı, vətəndaşlar incidilməməlidir. Saxta əllik axtarışında qurunun oduna yaş da yanır…
Mövzuya qayıdacayıq ardi var…
Rauf İlyasoğlu
“Həkəri” qəzetinin baş redaktoru
Şair- jurnalist.