SON DƏQİQƏ

Şəhid Hüseyn Yusifovun 40 mərasimi keçirildi- FOTO

Tarix:3-02-2021, 14:53

Bu Sumqayıt şəhərində şəhid Hüseyn Yusifovun 40 mərasimi keçirildi. 
Mərasim iştirakçıları, şəhidin ailə üzvüləri və yaxınları şəhidin məzarını ziyarət edib, önünə əklil qoyudular. Daha sonra mərasimdə şəhidin ruhuna dualar oxumaqla davam etdirildi və yaxınlarına, ailə üzvülərinə dərin hüzünlə başsağlığı verildi.
Xatırladaq ki, 2002-ci il təvəlüdlü Yusifov Hüseyn İsaq oğlu 2 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlərdə ayağından, qarnından, sol çiynindən, başından qəlpə yarası alaraq qəhrəmançasına şəhidlik zirvəsinə ucalır. 88 gün itkin düşən əsgərimiz 26 dekabr tapılır və Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.                                                                                       
Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən hər bir şəhid Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Sonda şəhidin ruhuna ehsan verilmiş, dualar oxunmuşdur.


Allah rəhmət eləsin! 

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”

                                                                                                                                                                         

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ