SON DƏQİQƏ

Cəsur döyüşçü- Oruc Nəsir oğlu Vəliyev - FOTO

Tarix:4-02-2021, 00:05

Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda döyüşən igid oğullardan biri də Bakı şəhəri Nərimanov rayonunda  mehriban qonşumuz Oruc Nəsir oğlu Vəliyevdir. 
44 günlük  Vətən Müharibəsində  bizə qələbə sevincini  yaşadan döyüşçülər arasında Oruc Nəsir oğlunun da xidmətləri var. 
Orucun atası polis zabitidir. Xasiyyətcə çox mehriban, sakit və səmimi qonşuyuq. Nəsirin atası rəhmətlik Vəli kişi ağsaqqal müdrik bir insan idi. 1988- ci illərdə Qərbi Azərbaycandan qaçqın düşərək Bakıda məskunlaşmışdılar.
Vətən həsrətli    müdrik  insanla çox söhbətlər edərdik, hətta "Dost sədaqəti " kitabımda da bu mehriban ailə haqqında  qeyd etmişdim.  Onu da qeyd edim ki, Vəli kişinin  qardası oğlu Arif Vəliyev birinci Vətən müharibəsində   erməni quldurlarına qarşı vuruşaraq igidliklər göstərmiş və şəhid olmuşdur.
258 saylı məktəb Arif Vəliyevin adını daşıyır.
Vəli kişinin qızı Qızbəs xanımın həyat yoldaşı , igid  komandir Həbib qardaşımız da  mənfur düşmənə qarşı igidliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. 
Belə bir əsilli köklü ailədə dünyaya göz açmış Oruc Vəliyev 1998- ci ilin yanvar ayının 11-də Bakı şəhərində anadan olub.
Oruc 2004- cü ildə   atası Nəsirin əmisi oğlu şəhid Arif Vəliyevin adını daşıyan 258- saylı Nərimanov rayon tam orta məktəbinin birinci sinfinə daxil olmuş və 2015- ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir . 
Həmin ildə də Sumqayıt Dövlət Universitetinə qəbul olunmuş və 2019- cü ildə ali təhsilini   uğurla başa vurmuşdur. 
Oruc Vəliyev Universiteti bitirdikdən sonra hərbi xidmətə çağırılır, N saylı Tərtər rayonunda hərbi hissədə xidmət edir  və 2020- ci ildə hərbi xidmətini başa vuraraq ordudan tərxis olunur.
Oruc Vəliyev Ölkə Prezidentinin çağırışına qoşularaq Nərimanov rayonu  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə  gələrək könüllü olaraq ordu sıralarına  adını yazdiraraq ən qaynar nöqtəyə yollanır.
2020 ci ilin sentyabr  ayının 27-dən 2021-ci ilin yanvar ayının 27- nə qədər hərbi xidmətini davam etdirərək uğurlu döyüş əməliyyatlarında iştirak edir.  Öndə gedən qorxmaz dkyuscjlərdən biri olan  Oruc Vəliyev Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının düşmən taptagından azad olunmasında  iştirak edərək cəsurluq göstərib. Dusmənə sarsıdıcı zərəblər endirib.

Oruc Vəliyev sevinc hisslərini bizimlə bölüşür :                        

- 44 günlük müharibədə  Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuz mənfur, işğalçı erməni quldurlarına qarşı mərdliklə vuruşaraq  qələbə qazandıq. Torpaqlarımızın işğaldan azad olunmasında az da olsa bizim də xidmətlərimiz var və  qürur duyuram.
 Bu müharibə  çox çətin   də olsa  dusmən istehkamlarını yararaq  ildırım surətiylə irəliləyirdik.
Cəngavər kimi döyüşərək irəli atılan  döyüş yoldaşlarım  şəhidlik zirvəsinə yuksəldilər. Qazilərimiz yaralansa da, irəli deyə can atırdılar. Əsgər və zabitlərimizlə  xalqımızın, dövlətimizin birliyi   bu qələbənin qazanılmasında  əsas rol oynadı. 
Allahdan cəmi şəhidlərimizə rəhmət diləyir , qazilərimizə isə tezliklə sagalaraq  evlərinə donmələrini arzulayırıq.
Vətən uğrunda döyüşən oğullar hər cür hörmətə layiqdir. 
Əziz Oruc Nəsir oğlu Vəliyev! 
Sizə və bütün döyüş dostlarınıza afərin deyirik.
Sizin xidmətləriniz isə  tarix boyu heç zaman  unudulmayacaqdır.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ