SON DƏQİQƏ

Yaşasaydı bu gün 27 yaşı tamam olurdu

Tarix:4-02-2021, 17:02

Bu gün “Şuşanın Körpə Qartalı”şəhid Qubad Əliyevin doğum günüdür.  Qubad Əliyev Hüsür oğlu 4 fevral 1994-ci ildə Sumqayıt şəhərində dünyaya gəlir.  2001-2010-cı illərdə Sumqayıt şəhər 15 və 8 nömrəli məktəblərdə orta təhsil alıb. Orta məktəbdə təhsil aldığı illərdə operator, kamputer sahəsinə daha çox maraq göstərdiyindən IX sinifi bitirərək Sumqayıt şəhər 1№-li Peşə Liseyinin Telekommunikasiya komputer texnikasında komputer texnikasının istismarı üzrə operator fakültəsində 70-ci qrupda təhsil alır. 2013-ci ildə buranı bitirir.        
2013-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşür. İlk hərbi xidmətini Ağdam rayonunun N saylı hərbi hissəsində xidmət edir. Qubat Əliyev cavuş rütbəsində baş atıcı və tuşlayıcı, manqa komandiri vəzifəsinə kimi yüksəlir. 2015-ci ilin yanvar ayında xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə qayıdır. Elə həmin ildə Delta Qrup C.O.MMC Logistika Departamentində Mərkəzi Anbar şöbəsində fəhlə kimi əmək fəaliyyətinə başlayır.                                                             
2016-cı ildə Balaxanım adlı sevib-seçdiyi xanımla ailə həyatı qurur. 3 yaşlı Elcan adlı oğlu və bir necə aya dünyaya gələcək övladı bizə yadigar qalıb.                                       
2020-ci il iyul hadisələrində Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor, əfsanəvi qəhrəmanın şəhid olmasından sonra Qubat torpaqlarımızın azad olunması uğrunda gedən müharibədə iştirak etmək qərarından çəkilmir. O, daima Şəhidlər Xiyabanını ziyarət edir və onların qanının yerdə qalmamağına söz verir.           
Sentyabrın 27-də Azərbaycan-Ermənistan hərbi qoşunlarının təmas xəttində atəşkəs pozulub müharibə başlayır. Oktyabrın 9-da Qubat könüllü cəbhəyə yola düşür və xüsusi təyinatlı dəstəsinə qoşulur və bir sıra yüksəkliklərin, kəndlərin, rayonların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Qubat  Əliyev cəbhə bölgəsinin  Füzuli, Qubadlı, Ağdərə, Xocavənd  istiqamətində gedən ağır  döyüşlərdə öz xüsusi bacarığı ilə seçilən qəhrəmanlardan biri idi.                                                                                            
2020-ci il 8 noyabr saat 15:00...Son döyüşü...Qırmızı Bazar istiqamətində Şuşaya doğru idi. Şiddətli və ağır döyüşlərdə əvvəl ayağından, sonra bədəninin digər nahiyyələrindən yaralanır. 26 yaşında Vətən oğlu şəhidlik zirvəsinə ucalır. 11 noyabr Sumqayıt şəhər  Şəhidlər Xiyabaninda uğrunda öldüyü torpağa tapşırıldı. O da başqa şəhidlərimiz kimi əbədiyyətə qovuşdu.  
Azərbaycan Respublikasaının prezidenti İlham Əliyev döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrinin cavuşu Əliyev Qubat Hüsür oğlunu vəfatından sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif etmişdir. 
Qubadın ən böyük arzusu Qarabağ torpaqlarını azad görmək idi. Arzusuna çatan şəhidimiz 26 yaşında ən uca məqama ucaldı. Bu gün nur üzlü şəhidimizin 27 yaşı tamam olur.                                                                                           

Yeni yaşın mübarək şəhid qardaşım! 
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”


                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ