SON DƏQİQƏ

Cəsur döyüşçünü tanıyın: Əli Arif oğlu Əhmədov -FOTO

Tarix:4-02-2021, 21:52

Azərbaycanda elə bir nəsil, kök tapılmaz ki, mənfur düşmənlərimizdən ziyan çəkməsin, erməni Azərbaycan ixtilafı, münaqişəsi  və müharibələrində şəhid, verməsin, yaralanmasın  və ya məhrumiyyətlərə duçar olunmasın.
Əvvəla öz ailəm və yaxın qohumlarım barədə oxuculara  qısa məlumat vermək istərdim.
1991- ci ildə ömur- gün yoldaşımın dayısı, Azadlıq mücadili, müstəqillik aktına ilk imza atan, Azərbaycanın Milli Bayrağını ilk dəfə Ağdam şəhərində dalgalandıran millət vəkili Eldar Bağırovun Bakıda Milli Məclisdən çıxarkən xain qüvvələr tərəfindən  qətlə yetirilməsi, onun ardınca ata - baba dostumuz, qohumumuz Şuşa rayon icra hakimiyyətinin başçısı, igid sərkərdə Mikayıl Qoca oğlu Gözəlovun xain qüvvələr tərəfindən kabinetində  qətlə yetirilməsi və Qarabagın qeyrət qalası Allahverdi Bağırovun Naxçıvanik yüksəkliyini erməni quldurlarından azad etdikdən sonra minaya toxunaraq şəhidlik zirvəsinə ucalması, eyni zamanda vətənimizi qoruyarkən  minlərlə igid ogullarımizın şəhid olması,  erməni quldurları tərəfindən qətlə yetirilməsi xalqımızı , o cümlədən bizim ailəmizi də çox sarsıtdı.
Həmin illərdə böyük qardaşım, baş leytenant Vaqif Allahverdiyev  Eldar Bağırov adına 845 saylı  batalyonun komandiri Allahverdi Bağırovun rəhbərliyi altında bir çox uğurlu döyüş əməliyyatlarında iştirak etmiş,son beşik qardaşım, sanbo-cudo üzrə dəfələrlə Azərbaycan və Zaqafqaziya çempionu  olmuş,polis baş çavuşu Namiq Allahverdiyev isə Kəlbəcərin, Ağdamın və bir çox ərazilərimizin işğalçı erməni 
quldurlarından  müdafiə olunmasında xidmətlər göstərmiş Mardakert( Agdərə )  rayonunun erməni hərbi quldur birləşmələrindən, terrorçulardan təmizlənərək azad olunmasında igidliklər göstərərək yaralansa da, sonradan o ağrılar Atəşkəs dövründə daha ciddi  fəsadlar vermis, həkimlərin nasılıgı ucbatından  pəhləvan cüssəli qardaşım bizi gəncikən əbədi tərk etmişdir.
1992 - ci ildə bibim oğlu Nahid Həmid oğlu Əhmədov Qubadlı - Laçın istiqamətində düşmənə qarşı vuruşarkən şəhidlik zirvəsinə ucalmisdır.
Həmin günlərdə Laçının Su arası istiqamətdə  erməni yaraqlıları ilə qeyri bərabər döyüşdə mərdliklə vuruşaraq şəhid olmuş onlarla qohum əqrəbamız   kəndlərimizə gətirilərək dəfn olunmuşdur.
29 ildən çox idi ki, torpaqlarımızın 20 faizindən çoxu erməni - rus hərbi quldur birləşmələri tərəfindən işğal olunmuşdu.
Əgər birinci Qarabağ müharibəsində 20 mindən çox şəhid vermişdiksə, atəşkəs dövründən bu günlərə qədər vətən, yurd həsrətinə dözməyən, acı məhrumiyyətlər çəkən, doğma evindən,kəndindən məhrum olunan minlərlə soydaşlarımız məcburi köçkün həyatı yaşayaraq dünyasını dəyişmişdir.
Ermənilər  Qarabağ və ətraf rayonlarımızı zəbt etdikləri bəs deyilmiş kimi, Tərtərin , Ağdamın , Tovuzun ərazilərinə basqın edərək yeni ərazilər işğal etmək cəhətləri bu dəfə baş tutmadı. 
Xalqımızın səbr kasası dolmuşdu. 
Azərbaycan Prezidenti Xalqa müraciət etdi.
Yüz minlərlə qeyrətli oğullar könüllü olaraq hərbi xidmətə çağırış məntəqələrinə  gələrək vətənin müdafiəsinə qalxdılar.
Belə qeyrətli oğullardan biri də  bibim nəvəsi Əli Arif oğlu Əhmədov  olmuşdur.
 Evin tək oğlu , ali təhsilli mütəxəssis olmasına baxmayaraq Əli Arif oğlu 2020 - ci ilin sentyabr ayının 27- də  Ali Baş Komandanımızın çağırışına qoşulub, könüllü  olaraq cəbhə bölgəsinə göndərildi. 
Atası Arifin oğluna bir kəlmə sözü oldu: -" Oğul, get, torpağı azad et, Şəhidlərimizin, eləcə də əmin Nahidin, atanın dayın nəvəsi Namiqin qisasıni al, Qələbəylə qayıt! " 
Əli körpə yaşlarından evə asılmış əmisi şəhid  Nahidin şəklinə baxaraq elə hey düşünürmüş ki, Əmi mən böyüyəndə sənin qisasını alacağam.. Əli  mətin,vətənpərvər ruhda böyümüşdü.
Nənəsi Tamara bibinin yanıqlı bayatıları ,  igid oğlum Nahid deyə-  son beşik ciyərparasına  ağı qoşmagi məktəbli  Əlidə ermənilərə qarşı nifrət hissi  oyatmışdı. Xocalı soyqırımı məktəbli şagirdin sonsuz qəzəbinə səbəb olmuşdu.
Ata nəsihəti Əlini daha da ruhlandırdı. Hələ uşaqlıqdan onun arzusu əmisinin və necə-necə şəhid olmuş qohum  əqrəbasının qisasını almaq idi.
Babası Həmid əmi də, nənəsi Tamara bibimiz  də  oğul itkisinə,vətən, yurd həsrətinə dözməyərək dünyasını dəyişmişdilər.
Onlar 1992 - ci ildə Qubadlı rayonundan köçkün  düşərək Mingəçevir şəhərində məskunlaşsalar da,
bir dəfə də olsun şəhid atasına verilən  imtiyazlardan  istifadə etmiş, nə də yardım almışdır.
Sentyabr ayının 27 də başlayan Vətən müharibəsindən bir ay vaxt keçsə də, Əli Əhmədovdan  heç bir  xəbər yox idi.
Valideynlərinin yuxusu ərşə çəkilmişdi. Müharibənin qanunlarına uyğun olaraq internet və sosial şəbəkələr müvəqqəti olaraq dayandırılmışdı.
Məkirli, hiyləgər  və alçaq düşmənə  qəti sirr vermək olmazdı.
Cəbhədən isə  acı xəbərlər  gəlirdi.
 Şanlı, cəsur ordumuz isə düşmənə sarsıdıcı zərbələr endirirdi .
Böyük qardaşım Niyazın oğlu XTQ- nin giziri, kəşfiyyatçı qəhrəman Asiman Allahverdiyev Füzuli və Cəbrayıl istiqamətində uğurlu əməliyyatlarda iştirak etmiş və Füzuli şəhərinə daxil olan ilk kəşfiyyatçılardan biri  olmuşdur.
Son kəşfiyyat zamanı 9 oktyabrın 2020- ci ildə Füzuli və Cəbrayıl istiqamətlərdə gedən qızğın döyüşlərin birində Asiman Niyaz oğlu Allahverdiyev  qəhrəmanlıq göstərərək  şəhid olmuş və Sumqayıtda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Şiddətli döyüşlər daha da qızışırdı.
Ordumuz kəndlərimizi, qəsəbələrimizi  bir-bir azad etdikcə, ermənilər geri çəkilr ,  həmin ərazilərimizə minalar basdıraraq işğalçı simalarını  göstərirdilər.
Nəhayət ki 44 günlük müharibə  Qələbəmizlə başa çatdı.
Bibim oğlu Ariflə tez- tez əlaqə saxlayırdıq.
Axı 44 gün keçsə də,  evin yeganə oğlundan bir xəbər- ətər yox idi.
Elə bu anlarda Əlidən də bir şad xəbər gəldi;; " Ata, məndən nigaran qalmayın , biz Qubadlıdayıq.Kəlbəcər istiqamətə irəliləyirik." 
Qısa arayış; Əli Arif oğlu Əhmədov 24 iyul 1997 -ci ildə Mingəçevir şəhərində anadan olub.
Valideynləri 1993 cü ildə Qubadlı rayonundan didərgin düşərək məcburi köçkün həyatı yaşayıblar.
Əli 2003 - ci ildə Mingəçevir şəhər Nizami Gəncəvi adına 8 saylı tam orta məktəbinin birinci sinfinə daxil olub, 
2014-  cü ildə 11 illik tam orta məktəbi bitirərək, elə həmin ildə də imtahan verərək Azərbaycan Texniki Universitetinin energetika fakültəsinə daxil olub.
Onu da qeyd edim ki,. Əlinin atası, təcrübəli energetik -  mütəxəssis Arif Əhmədov  da uzun illər Mingəçevir Qrestində elektrik vəzifəsində şərəflə işləmiş və təqaüd yaşına çatmağa iki il qalmış , əsassız olaraq ixtisara düşmüşdür.
Əli Əhmədov 2018-ci ildə ali təhsilini uğurla başa vuraraq ordu sıralarına çağırılmışdır.
Sərhəd bölgələrimizi qoruyaraq hərbi xidmətini  2019- cü ildə başa vurmus və ordudan tərxis olunmuşdur.
Azərİşıq ASC də təzə isə qəbul olunur.
2020 - ci ilin sentyabr ayının 21- də cənab Prezidentimiz İlham Əliyevin çağırışına qoşularaq səfərbər  olur, həmin ayın 27 - də  könüllü olaraq  cəbhəyə yollanır və ən qaynar nöqtələrdə düşmənə qarşı mərdliklə vuruşaraq  sarsıdıcı zərbələr endirir.
Talış kəndi istiqamətində, Ağdərə yuksəkliklərinin alınmasında , Suqovuşan kəndi istiqamətində uğurlu əməliyyatlarda iştirak edərək strateji əhəmiyyətli yüksəkliklərin düşmən taptagından azad olunmasında cəsurluq göstərir.
Tank əleyhinə bölümdə xidmət etmisdir.
Dəfələrlə ölümün pəncəsindən xilas olur. Hərbidə Tərpənməz Qurğuların idarə etmə  hissəsində Manqa komandiri vəzifəsində  işləyərək komandiri tərəfindən tapşırıqları uğurla yerinə yetirmişdir.
44 günlük döyüşün Qələbə sevincini bƏli Arifoğlu döyüş dostlarıyla bölüşüb..
Xalqımıza bu qələbə sevincini qazandıran  vətən oğlunu və döyüş dostlarını  istəkli oxucularımıza daha yaxından tanış etmək istədim.
2021- ci ilin yanvar ayının 5 da ordudan tərxis olunan igid, qorxmaz və qəhrəman  döyüşçümüz  Əli Arif oğlu Əhmədov ordudan tərxis olunarkən  evə  gəlməmişdən əvvəl Şəhidlər Xiyabanını ziyarət edərək gözü qarşısında şəhid olmuş dostlarını  etiramla yad etmisdir.
Köhnə kollektivi isə  igid,  vətən oğlunu mehriban qarşılamışlar..
Onu da qeyd edək ki, Əli Əhmədovla bir işləyən əməkdaşlardan Üzeyir Mehdizadə, Kərim Səlimov, Şahbaz Abbasov Elvin Qəhrəmanlı   və  Fərid Cabbarlı  da Ali Baş Komandanimızın rəhbərliyi altında könüllü olaraq Vətənimizin azadlığı və ərazi bütövlüyümüz uğrunda şücaət və qəhrəmanlıqlar göstərmiş və Qələbə qazanaraq ordudan tərxis olunmuslar.
Sumqayıt Elektrik Şəbəkəsi ASC-  nin rəhbəri , vətənpərvər ziyalımız Elçin Alıyev  kollektivi yığaraq igid döyüşçüləri təbrik etdi və müəssisənin adını şərəflə ucaltdiqlarına  görə  hər bir döyüşçü oğullara təşəkkürünü bildirdi. Qurban qoyunlar kəsildi, şəhidlərimizin ruhuna dualar oxundu.
Sumqayıt Elektrik şəbəkəsində nəzarətçi - mühəndis vəzifəsində işini davam etdirən Əli Arif oğluna  ,eləcə də bütün döyüşçü dostlarına, bütün kollektivə  can sağlığı, ailə səadəti arzulayırıq. 
Yəqin ki bir vaxtlar Əli  və  döyüş dostları  yaşa dolarkən  nəvəllərini başına yığaraq deyəcəkdir ;  -"2020 - ci ilin 44 günlük  Vətən müharibəsində  babanız da vuruşaraq şəhidlərimizin qisasını aldıq Əzizlərim! 
Siz də ayıq -sayıq olun.
Düşmənimiz çox namərd və  hiyləgərdir. 
Vətənimizi göz bəbəyiniz kimi qoruyun." 

Rauf İlyasoğlu



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ