44 günlük Vətən müharibəsində şəhid olan Eldar Abdullayevin qızı dünyaya gəlib.
1 fevral 2020-ci il tarixində Vətən müharibəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Hospitalının tibb işçisi Eldar Abdullayevin qızı da dünyaya gəlib:
“Vətənin qəhrəmanlarının yaralarını sağaltmağa , onları qorumağa gedən feldşer Eldar Abdullayevin evində daha iki qızı Asya və Aysu böyüyür. O, döyüşə gedəndə həyat yoldaşı Fahimə Abdullayevaya demişdi ki, “sən məni cənnəti sağlığında qazanan ata etdin. Qızım dünyaya gələndə adını “Ahu” qoyarıq. Ahu 1 fevral Sumqayıt şəhərində dünyaya gəldi. Çəkisi 3 kilo 135 qramdır. Fahimə Abdullayevanın verdiyi məlumata görə Ahu Abdullayevanın bütün tibbi xərclərini YAŞAT Fondu öz üzərinə götürüb. Azərbaycan dövləti bizə əmanət edilən övladları YAŞAT-la yaşadacaq!”.
“XeberTıme.az”