SON DƏQİQƏ

RAUF İLYASOĞLU YARADICILIĞI

Tarix:6-02-2021, 20:40

Dollar bayatıları  
Dolların  məzənnəsinin birdən - birə qalxması bizi də çox çətin duruma  saldı.Bankdan kredit götürdüyümüz  beş min manat   pulu dollarla sənədləşdirdikləri  üçün sələm borcumuz 10 min manatı ötmüşdü .
Özüm qarışıq insanlara təskinlik məqsədi ilə sələmçi bankları insaflı olmağa çağırıram; 
 
Əzizim manat yaxşı, 
Toyuqda  qanad yaxşı, 
Dollara bel bağlama, 
Vəfalı manat yaxşı.
 
Əzizinəm uçdum gəl , 
Pul gölünə  düşdüm gəl.
Manatı tez dikəldin, 
Bataqlığa düşdüm gəl .
 
Erkək ala danası, 
Tort yeyənin balası, 
Hələ işğalda qalıb, 
Laçın, Şuşa qalası.
 
Bənna  bina hörürdü, 
Ermənilər hürürdü.
Ay dollarla danışan, 
Dədən dollar görürdü? 
 
Neftimiz fontan vurur, 
Yaltaqlar ara vurur.
Bol neməti ölkədə, 
Müsəlman özün qırır.
 
KQB - də fıs çıxdı, 
Millətin evini yıxdı, 
Haram yığdığı pulu, 
Dağıdıb necə yıxdı.
 
İmansızın gününə ,  
Söy boyuna, eninə .
Şallaq da təsir etməz, 
Döşəsən də gönünə.
 
Dığa dağda dalaşır, 
Dağ, dərəmdə   dolaşır.
Dollar gah qalxıb, enir, 
Hər tərəfə bulaşır.
 
Gəl ona, buna az at, 
Milli pulumdur manat.
Dəli şeytan deyir ki, 
Dolların burnun qanat.
 
Yaltaqlar tez ayılar, 
Soyuqlayar, bayıllar.
Quranda yazılıb kı, 
Sələm günah sayılar.
 
Qeybət qırıb deyənlər, 
İşi qəsdən əyənlər.
Xeyir tapmaz heç zaman, 
Xalqın malın yeyənlər.
 
Çox da xəyala dalma, 
Qonşudan geri qalma.
Dollar çox sürüşkəndi, 
Manatı gözdən salma.
 
Söhbəti çiy bitirmə ,
Eldən töhmət götürmə.
Xeyiri xalqa qalsın, 
Xaricə pul ötürmə.
 
İşçinin haqqın kəsmə, 
Düz sözlərimdən əsmə.
Səni dama basanda, 
Qussan, tövbə et, əsmə.
 
Qazanırdın nə qədər, 
Pul gəlirdi en qədər.
Dövran  tərsə çönəndən, 
Getdi pulların hədər.
 
Dollar nəyimə gərək, 
Məmurlar qurub kələk .
Yığdığı haram pulu , 
Sovuracaq sərt külək .
 
Hanı o vuran qollar, 
Ayaği sürüşkən dollar.
Gah hamilə qalırsan, 
Hörmətə mindən dollar.
 
Rusun onluğu gələ,
Dərdimizə kim gülə.
Sən də qısır qalmısan, 
Ay sarı qulaq kələ.
 
Səni bir dost sanmışam, 
Nə unudub, danmışam.
Vəfasız olduğunu, 
Axırda gec qanmışam.
 
Dollara aldanmışam, 
Banka borclu qalmışam.
İxtisara düşəndən, 
Diri - diri yanmışam.
 
Yazığın gəlsin Ağa,
Məni batırma zığa.
Dini gözdən salmasan, 
Düşərsən cənnət bağa.
 
Gəl cilovla boz atı, 
Gözləyin amanatı, 
Yığışıb ağlayağın, 
Gününə bu manatın.
 
Dollardakı gücə bax, 
İnsanlarda bicə bax, 
Dolları lay- lay yığan 
Havalanan gicə bax.
 
Pulu tonla yığanlar, 
Harama sığınanlar.
Üz - gözünə əl atır, 
Dərdə düçar olanlar.
 
Dollar qana qan deyir,
Yaram yenə  qan verir.
Yarımcan insan kimi, 
Manat niyə can verir? 
 
Manat batmaz dedilər, 
Dollar qalxmaz dedilər.
Xarici banka qoyub, 
Xalqın malın yedilər.
 
Haram yeyən piylənər, 
Yerli yersiz əylənər.
Atalar gözəl deyib, 
Balıq başdan iylənər.
 
Gəlin getməyək küyə  ,
Sonra deməyək niyə? 
İnsafı əldən vermə , 
Bax Allaha bir göyə.
 
Kasıb namazın qılar , 
Allahı yada salar.
İmansız xalqı soysa, 
Zəlil günlərə qalar.
 
Ot biçən otağım var, 
Bir hamar darağın var.
Kişitək  işləməyə, 
Mənim də marağım var.
 
Özgəni ovxalama, 
Söyərəm a, xalana,
Sözüm təsir eləsə, 
Qolumu buxovlama.
 
Əzizim qısılıyam,
Qolları basılıyam.
Məni pis günə qoyan, 
Dollardan asılıyam .
 
Doyunca ye buğlama , 
Ürəyimi dağlama .
Millətə qənim olub, 
Xaricə bel bağlama.

2015- çi il

Raufu axtarsa əgər dostları
 
Arzular insanın qəlbində doğar ,
Yatan millətimi oyadaq, Allah !
Arzular insanın dərdin də boğar,
Ağdamlı günlərə qayıdaq, Allah !
 
Məni öz elimə ruhum çağırır,
O doğma yurduma nəfəs alıram.
Dən düşmüş saçlarım vaxtsız ağarır,
Gənclik illərimi yada salıram.
 
Şərikəm xalqımın dərd azarına,
Ordum zəfər çalsın,dözüm, ay Allah!
Atamın uyuyan tək məzarına ,
Bir dəstə gül - çiçək düzüm, ay Allah !
 
Bahar nəğməsini duymaq istəsən,
Alsın gül ətrimi ətirli güldən.
Raufun axtarsa əgər dostları,
Onu xəbər alsın nəğməli dildən.

Rauf İlyasoğlu ,
2005 - ci il

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ