SON DƏQİQƏ

Metro stansiyalarının vestibülləri açılıb.

Tarix:6-02-2021, 21:07

Nazirlər Kabineti yanında Operativ Qərargah “COVID-19” pandemiyası ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimi dövründə bir sıra məhdudiyyətləri ləğv edib. Bununla əlaqədar son günlər  paytaxtın ictimai sərnişindaşıma nəqliyyatı sahəsində gediş haqqının  karta yüklənməsi üçün sərnişinlərin terminallardan istifadəyə olan tələbatının artması müşahidə olunur. XeberTıme.az  xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən daxil olan, habelə vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, “BakıKart” istifadəçilərinin rahatlığını təmin etmək məqsədilə, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi stansiya vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ