SON DƏQİQƏ

“Həkəri” qəzetinin növbəti sayı dərc olundu- FOTOLAR

Tarix:11-02-2021, 21:49

Həkəri qəzetinin növbəti sayında: 
Türkiyədə Azərbaycanlı professora vəzifə verildi, Azərbaycan Milli məclisinin sədr müavini Adil Əliyevin novbəti qanvermə aksiyası, baş redaktor Rauf İlyasoğlunun “Ötən ilə nəzər salarkən”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Əkbər Yusifoğlunun “Onlar Vətən yaşatdılar”, Vahid Süleymanovun “Şərəfli ömür yolu”ndan, Neftçi-şair Gəray Ağbulaqlının “Qəlbimin səısi” kitabı haqqında Rauf İlyasoğlunun söylədiyi fikirlər, I Qarabağ müharibəsi əlil, yazıçı-publisist Hacı Həsən Hüseynlinin  “Əziz dost ad günün mübarək” təbriki, “Yaddaşlarda qalan Seyid kişi”,  Dilbər Ağayevanın “Hacı Həsənin ana tərəfinin səcərəsi”, AJB-nin üzvü Yeganə Telmanqızının “Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir”  hərbi qulluqçu şəhid Ruslan İmanquliyevin keçdiyi şəhərəfli döyüş yolundan söhbət açılır, bəstəkar-müğənni Arif Səlimovun “Şəhidlər Unudulmur” məqalələri qəzetdə maraqlı və oxunan matreallar sırasında öz yerin alıb.                                                                    
Cəsur döyüşcülərimizlə fəxr edirik: Əli Arif oğlu Əhmədov, Oruc Nəsir oğlu Vəliyev, Məhəmməd Oktay oğlu, AYB-nin üzvü , “Həkəri” qəzetinin baş redaktoru Rauf İlyasoğlu və AJB-nin üzvü Yeganə Telmanqızı Xalq artisti, professor, “Həkəri” qəzeti redaksiyasının fəxri üzvü  Ramiz Əzizbəylinin qonağı idik: “Ramiz Əzizbəyli ilə görüşümüz unudulmaz bir xatirəyə çevrildi”, “Mən hər zaman mübariz oldum, yaşamağa dəyər” Ramiz Əzizbəyli xatirələrini bizimlə bölüşdü, Minacatı, “Piriverdinin xoruzu” bədii-qısametrajlı filmi haqqında fikirləri qəzetdə  öz yerin aldı.    

“Qələbənin Səsi” şairlər məclisi Həkərinin qonağıdırlar:       
Şəhla Xəlilqızının, Şükufə Ruhlunun, Elmira Abdurəhmanqızının, Yeganə Oğuzun, Aynur Kazımovanın, Zümrüd Vəliyevanın,  Şükufə Ruhlunun seirləri oxucularımza təqdim olunur.     

İsdedadlı gənclər qonağımızdır: 
Aqil Əsədovun, Nofəl Ümidin, Esmira Etibarqızının, Arif Arifoğlunun,  Nurlan Əliyevin, Aysel İncinin bir-birindən maraqlı seirləri oxucularımızın zövqünə oxşayacaq.                                          Mələk İsmayılın, Rauf İlyasoğlunun, Solmaz Şirvanlının, Rafiq Zabani Cəfərovun, Zöhrə Qaraqızının, Rəsul Rəxşanlının, Aygün Hüseynin, Kemalettin Kalkan İğdırın, İraq Kərkük şairləri Münevver Molla Hassunun, Ağasəlim Əmrinin, Aysel Nazimin, Sona Mövsüm qızının, Əlhəddin Cakil Paşayevin, Şəfəq Ələsgər qızının, şair Məmmədhüseynin,                                             

Xatirladaq ki, “Həkəri” qəzeti 18 ildir işıq üzü görür və respublikada ən cox oxunuan qəzetlər sırasındadır və 8 səhifədən ibrətdir. Qazetin baş redaktoru Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist  Rauf İlyasoğludur.                                                                                 
Ayda bir dəfə çap olunan " Həkəri " qəzeti  mətbuat , kitabxana və mədəniyyət işçiləri, arasında, AYB də, AJB də, işğaldan azad olunmuş rayon sakinləri arasında, eyni zamanda  Respublikamızın  müxtəlif bölgələrində  səhidlərimizin ruhuna xatir  pulsuz yayımlanır.                                                                                   
Hər bir izləyicimizi qəzetimizin növbəti buraxılışını oxumağa dəvət edirik. 

Yeganə Telmanqızı 

 “XeberTıme.az”

                                                                                                                            

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ