SON DƏQİQƏ

Fevralın 9-da Yasamal rayon Heydər Əliyev Mərkəzində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüş keçirildi.

Tarix:12-02-2021, 12:40

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini Hüseyn Əfəndiyev, Azərbaycan Rəssamlar İttifaqının üzvləri,rəssam Elnurə və Aygün İsgəndərovalar iştirak etdilər. 
Qonaqlar ilk öncə Mərkəzin Muzey bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad etdilər.
 
Sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açaraq qonaqları salamladı, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin qədim tarixindən danışdı. O, həmçinin Türkiyə və Azərbaycan dövlətlərinin ən mürəkkəb dövrlərdə bir-birinə dəstək olduğunu, bugündə qardaş ölkələrin dostluq münasibətlərinin daha yüksək səviyyədə inkişaf etdirildiyini bildirdi. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özorala Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə əməkdaşlığa və ölkələrimiz arasında tarixi, mədəni əlaqələrin inkişaf etdirilməsində, təbliğində göstərdiyi dəstəyə görə təşəkkür etdi.
 
Sonra isə Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış videoçarx nümayiş olundu.
 
Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, ikitərəfli əlaqələr Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə əsaslanır və bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Türkiyənin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirdi. Elşad Həsənov Vətən müharibəsi zamanı Türkiyə rəhbərliyinin və xalqının mənəvi və siyasi dəstəyini əvəzolunmaz adlandırdı.
 
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxışı zamanı 44 günlük vətən müharibəsində qazanılmış qələbə münasibətilə Azərbaycan xalqını təbrik etdi. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyə, həm də Azərbaycan vətəndaşları üçün örnək olduğunu qeyd etdi. O, həmçinin xoş və səmimi görüşə görə Rayon rəhbərliyinə və Yasamal rayon Heydər Əliyev Mərkəzinin kollektivinə, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalara dərin təşəkkürünü bildirdi.
 
Sonda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özorala hədiyyə təqdim olundu.

“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ