SON DƏQİQƏ

Vətən səninlə fəxr edir, Fazil!+FOTOLAR

Tarix:12-02-2021, 22:34

Azərbaycanın ən   qədim yaşayış məskənlərindən biri də Şərur rayonudur. Bu rayonun camaatı da mehribanlığı,  qonaqpərvərliyi, mərdliyi, igid oğulları  və tarixi şəxsiyyətləri ilə həmişə  fəxr edib,   sayılıb, seçilirlər . 

Belə qorxmaz, cəsur, mərd  oğullardan biri də Səfərov Fazil Sadıq ogludur.

Fazil 1996- cı ildə Şərur rayonunun Ərəbyengicə kəndində anadan olub.Vətənpərvər bir ailədə böyüyüb, boya-başa çatıb.


Dayısı Kərim Kərimov birinci  vətən müharibəsində- 1992- ci ildə  Qarabağ və ətraf rayonlarımızı qoruyarkən igidliklər göstərib və qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı  adına layiq gorülub.



"İgid oğul dayısına oxşayar”-deyiblər. Fazil də dayısı kimi igidlik göstərib, bizə Qələbə sevincini qazandırıb.
Fazil Səfərov   2012-2015- ci illərdə Heydər Əliyev adına Naxçıvan hərbi litseyini  müvəffəqiyyətlə bitirmişdir.
2015-2019- cu lııərdə.Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbini də başa vuraraq   leytenant rütbəsi almışdır.


Fazil 2019- cu ildən sonra N sayli hərbi hissədə xidmət etməyə başlamışdır.
2020- ci il sentyabrın- 27 də 2-ci Vətən Müharibəsi başlayanda  könüllü olaraq döyüşə yollanmışdır.
Fizulinin, Cəbrayilın, Qubadlının   işğalçı erməni quldurlarından azad olunmasında, uğurlu  döyüş əməliyyatlarında  fəal   iştirak etmışdir. Dəfələrlə ölümlə üz üzə gəlmişdi. 



Qubadlının azadlıgı ugrunda  gedən döyüşlərdə agır yaralanmışdır.
44 günlük  vətən müharibəsində xüsusi xidmətlərinə , cəsurluguna və  qəhramanlıqla döyüşdüyünə görə Ölkə Prezidentinin sərəncamı ilə " İgidliyə görə” medalla, 
"Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə " medalları ilə təltif olunmuşdur.



Allahdan Fazil qardaşımıza şəfa diləyir və can sağlığı arzulayırıq.
Qəhrəman, igid qohumum haqqında yazdığım bu şeirlə bütün qazilərimizə şəfa diləyir və şəhidlərimizin qarşısında  baş əyirəm.
 
Döyüşçü - leytenant   Fazil  Sadıq oğlu Səfərovun  şərəfinə ithaf edirəm; 
 
Vətən harayladı bu əsgərləri.
Fazil də eşitdi həmin səsləri.
Ali baş komandan!  Mən də hazıram; 
Vətən torpagdan yagı düşməni,
Sizinlə birlikdə mən qovacagam.
Bu igid leytenant qorxmadan belə,
Şıgadı qartaltək düşmən üstünə.
Dedi ; mən döyüşə ölmək üçün yox.
Düşməni məhv etmək üçün gedirəm.
Vətən torpagına andımı içib,
Canım tək vətəni sevib, gedirəm.
Döyüşə atıldı igid leytenant,
Dedi,  dayım kimi alacam bir ad.
Dayım bu torpaqda şəhid olsa da,
Milli Qəhrəman tək yadda qalsa da.
Onun arzuları yarımçıq qalib,
Düşmən torpagımda yurd yuva salıb.
Fazil silahlandı bu arzularla,
Döyüşə başladi o,  Cəbrayılda.
Füzuli , Cəbrayıl azad olundu.
Fikirləşdi, bir az qisas alındı,
Dedi,  yox irəli getməliyik biz,
Hər yerdə düşməni əzməliyik biz.
Qubadlı uğrunda qızgın döyüşdə, 
Qubadıi şəhəri ilə görüşdə.
Düşmən gülləsinə bir an tuş gəldi,
Yaralı - yaralı birdən səsləndi.
Vətən! Sənin üçün döyüşəcəyəm,
O dəmir yumruqla öpüşəcəyəm.
Qubadlı ,Cəbrayil medalın aldı,
Beləcə bu ordu bir zəfər çaldı.
Zəfər medalını igid leytenant,
Qəhraman ogul tək döyüşüb ,aldı.
Əbədi olaraq tarixdə qaldı.
Vətəni canım tək sevirəm deyib ,
Naxçıvan Şəruru öpəcəm gedib.
Fazil də belə bir qəhraman oldu,
Hər kəsin qəlbində o yuva qurdu.




Sabir Məmmədov, 
" Həkəri " qəzeti redaksiyasının fəxri heyətinin uzvu- şöbə müdiri, 
iqtisadiyyat üzrə fəlsəfə doktoru, Sair- publisist, tədqiqatçı, yazıçı,

"Qızıl qələm" media mükafatçı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ