SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:13-02-2021, 00:05

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra”  verlişi 13 fevral tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.  
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsini əhatə edən “Özünü öldürmə və ölüm həddinə çatdırma” mövzusunda və Azərbaycan Respublikası Ailə Məcəlləsinin  64, 65, 66-cı  maddələrini  əhatə edən “Valdeyinlik hüququndan məhrum etmə” və “Valdeyinlik hüququnun bərpası” mövzularında fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır.
 

Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                                                                                          

 1. Hacı Surxay Məmmədli - Dini alim, professor. 
  
 


 2. Gülşən Rüstəmova – Ailə psixoloqu     
 

 

 3. Qeys Musayev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
 
 


 4. Simuzər Hacıyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.


 Yeganə Telmanqızı 
  
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ