SON DƏQİQƏ

Milli QHT Forumundan təklif - İctimai Palata yaradılsın

Tarix:15-02-2021, 12:15

MQF-nın təşəbbüsü ilə onlayn ictimai müzakirə keçirildi.

Azərbaycan Milli QHT Forumu (MQF) İdarə Heyətinin 3 fevral 2021-ci il tarixində onlayn toplantısı keçirildi. Toplantıda gündəlikdə duran məsələlər yeni QHT-lərin üzvlüyə qəbulu, MQF-nin səlahiyyət müddətinin uzadılması və cari məsələlərdir. MQF-ə üzv olmaq üçün namizədlərin sənədləri təqdim olundu və müzakirə edildi. MQF-ə 4 təşkilatın – “Azərbaycanlı Qadınlar Assosasiyası”, “Böyük Qayıdış”da Qadın Sahibkarlığına Dəstək”, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” və “Sağlam Qida” Könüllüləri İctimai Birliklərinin üzvlüyü qəbul edilməklə MQF üzvlərinin sayı 743 oldu. 
MQF-nin səlahiyyət müddətinin bitməsi və karantin dövrünə təsadüf etməsi, bununla bağlı Qurultayın təxirə salınması məsələsi müzakirə edildi. MQF İdarə Heyətinin qərarı ilə MQF seçkili orqanlarnın səlahiyyət müddəti 1il müddətində uzadıldı.
 
Bununla yanaşı, toplantıda bir sıra məsələlərin müzakirə edilməsi üçün təkliflər verildi. Cari məsələlərin müzakirəsinin nəticəsi olaraq qərara alındı ki, fevral ayının 10-u “Ölkədə ictimai-siyasi vəziyyət və ictimai nəzarətin təmin olunması” mövzusunda onlayn ictimai müzakirə keçirilsin.


Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə 10 fevral 2021-ci il tarixində qeyd olunan onlayn ictimai müzakirə keçirildi. MQF-nin prezidenti Rauf Zeyni iştirak edən hər kəsi salamlayaraq açılışı etdi. Tədbirə başlamazdan öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ölkə Prezidenti cənab İlham Əliyevin ictimai nəzarətlə bağlı müraciətindən qısa fraqmentlər göstərildi. Rauf Zeyni qeyd etdi ki, Prezidentin müraciətində olduğu kimi, ölkədə ictimai nəzarətin və şəffaflığın artırılması, məmur özbaşınalığına son qoyulması, korrupsiyanın aradan qaldırılmasında vətəndaş cəmiyyətinin və ictimai nəzarətin rolu çox əhəmiyyətlidir. O həmçinin qeyd etdi ki, 10 iyul və 23 iyul 2019-cu ildə “Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda MQF-nin təşkilatçılığı və ekspertlərin iştirakı ilə ictimai müzakirə keçirilmiş və vətəndaş cəmiyyətinin mövcud vəziyyətinin təhlili, QHT və hökumət münasibətlərinin inkişaf etdirilməsi, vətəndaş cəmiyyəti ilə əlaqədar qanunların (o cümlədən qrant haqqında qanun) təkmilləşdirilməsi, açıq hökumətin təşviqi,  şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi kimi məsələlər müzakirə edilmiş və əhəmiyyətli qərarlar qəbul olunmuş və bununla əlaqədar olaraq Ölkə Prezidentinə müraciət edilmişdir. 

Daha sonra Rauf Zeyni ictimai müzakirənin məruzəçisi, MQF-nin vitse-prezidenti, Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifova söz verdi. Fikrət Yusifov öz məruzəsini təqdim edərək ölkədə iqtisadi və müasir idarəetmə problemləri, bəzi dövlət qurumlarında bəzi vətəndaşların göstərilən xidmətdən narazı olması, maliyyə yeyintiləri, vəsaitlərin mənimsənilməsi, bəzi məmurların vəzifələrindən sui-istifadə etməsi və bütün bunlarla yanaşı ölkədə pandemiya dövründə maddi sıxıntılar, böhran və iqtisadi tənəzzül, bunlarla bərabər ictimai nəzarətin lazımi səviyyədə təmin olunmaması, Ölkə Prezidentinin müraciətində ictimai nəzarətin əhəmiyyəti və mahiyyəti, ictimai nəzarətin gücləndirilməsinin son dərəcə vacib olduğunu öz məruzəsində bildirdi. 


Məruzə ətrafında çıxışlar zamanı Qorxmaz İbrahimli, Məhərrəm Zülfüqarlı, Eyyub Hüseynov, Umud Rəhimoğlu, Mayis Əliyev, Asif Əsgərli, İlham İsmayılov, Əhməd Qəşəmoğlu, Mehdi Mehdiyev, Əhmədabasbəyli, Eynulla Xeyrullaev, İradə Rizazadə, Anar Xəlili, Fuad Bədəlov, Gülnarə Hüseynova, Tünzalə Cavadova və İradə Həsənova müvafiq mövzu ətrafında müzakirədə aktiv iştirak etdilər və təkliflər irəli sürdülər.
 
Müzakirənin yekununda, əsasən, bu təkliflər verildi:
 
• İctimai nəzarətin ölkə səviyyəsində təmin edilməsi;
 
• İctimai Şuraların fəaliyyətinin koordinasiya edilməsi və effektivliyinin artırılması;
 
• MQF İctimai Nəzarətin Koordinasiya Şurasının yaradılması;
 
• Azərbaycan Respublikası İctimai Palatasının yaradılması;
 
• Təklif olunan fəaliyyətlərin həyata keçirilməsi üçün işçi qrupunun yaradılması;
 
• Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciətin hazırlanması.

“XeberTıme.az”  
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ