Ciddi siqnal
Son vaxtlar Azərbaycan Dövlət Sığorta Şirkətinin rayon filiallarından redaksiyamıza şikayətlər daxil olur.
Sığorta idarəsinin sədri vəzifəsini hazırda uzun illər birinci müavin işləmiş təcrübəli mütəxəssis Aftandil Hacıyev idarə edir.
Lakin Azərbaycan Respublikasi Milli Bankının rəhbərliyi öz adamlarını bu idarəyə qeyri qanuni rəhbər təyin edərək, köhnə mütəxəssisləri gözümçıxdıya salır və bezdirirlər.
Milli Bank tərəfindən göndərilmiş Həsənxanov Oruc adlı şəxs və Vüsal Qurbanov Sığorta idarəsində hegemonluq edərək faktiki olaraq Dövlət Sığorta idarəsi sədri vəzifəsini icra edən Aftandil Hacıyevin səlahiyyətlərini mənimsəyərək narazılıq yaradıblar.
Onların bu idarəyə gəlməkdə məqsədləri hərbiçilərə verilən imtiyazlarla bağlı olsa da , əslində öz məqsədlərini həyata keçirirlər.
Vətəndaşları narazı salmaq, mütəxəssisləri bezdirmək isə dövlətçiliyə qəst etmək kimi başa düşülür.
Bu günlərdə 20 -dən çox rayonun Sosial Sığorta idarələrinin rəhbərləri Respublika Dövlət Sigorta idarəsinə şikayətə gələrək təzə rəhbərlərin qərəzkarlıqlarından şikayət etmişlər.
Məqsəd isə filial əməkdaşlarını bezdirməklə ixtisaslı kadrlara qarşı kompaniya aparmaq və Milli Bank rəhbərliyi bu idarəni öz bildikləri kimi idarə etməkdir.
Onu da qeyd edək ki, Bakının Sabunçu,Suraxanı, Xəzər və Bakı filialları bağlanmaqla işçilər ixtisar olunublar.
Bu günlərdə Ölkə Prezidenti bir çox qurumları , o cümlədən Milli Bankin rəhbərliyini də ciddi tənqid etmişdi.
Yəqin ki, dövlət mənafeyindən səxsi məqsədləri üçün istifadə edən, vətəndaşlarla Prezident arasında birliyi, həmrəyliyi pozmağa çalışanlar ciddi cəzalandırılacaqlar.
Mövzuya qayıdacağıq.
Rauf İlyasoglu