SON DƏQİQƏ

Şagirdlərin dərs zamanı maska taxması məcburidir? - Təhsil Nazirliyindən CAVAB

Tarix:15-02-2021, 23:03

Şagirdlərin dərs zamanı maska taxması məcburi deyil. Bu, valideynlərin özünün seçimidir. Lakin müəllimlər üçün maska taxmaq məcburidir.
XeberTıme.az  bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin əməkdaşı Gülarə Xudiyeva deyib.
Onun sözlərinə görə, övladlarının maskadan istifadə etməsinə nəzarətin edilməsi valdeynlərin öhdəsinə buraxılır:
"Təbii ki, maskadan istifadə etmək tövsiyə edilir. Ondan istifadə etməyi indi özümüzə borc bilirik. Amma şagirdlərin maskadan istifadə etməsi valideynlərin öhdəsinə buraxılıb. Müəllimlərə isə tövsiyə edərdik ki, həm maskadan, həm də üz sipərindən istifadə etsinlər. Üz sipəri maskanın yerinə yetirdiyi funksiyaları yerinə yetirə bilmir".
G.Xudiyeva bunu da əlavə edib ki, valideynlər övladlarını əyani təhsilə göndərməyə məcbur deyillər:

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ