Bayrağımız qürurumuz, qələbə müjdəli sevincimizdir
Bəli 20 noyabrda tarixdə qızıl hərflərlə “Qələbə günü” kimi yazıldı. Qarabağın gözəl yurdu, “Qafqazın qapısı” adlanır Ağdam rayonu işğaldan azad oldu.
Azərbaycanın özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Savaşın bu cür uğurlu sonluqla yekunlaşacağı əvvəldən bəlli idi. Çünki biz haqq işi uğrunda mübarizə aparırdıq və Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz öz vəzifəsini layiqincə yerinə yetirdi.Bu müzəffər Qələbəni bizlərə yaşadan Ali Baş Komandana və Silahlı Qüvvələrimizə əbədi minnətdarlığımızı, borcumuzu bildiririk.
Başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla bütün azərbaycan xalqını, ağdamlıları qələbə münasibəti ilə təbrik edirəm. Qayıdışın mübarək AĞDAM!
QARABAĞ AZƏRBAYCANDIR!
Əkbər Yusifoğlu
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Tanınmış vəkil