Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi 20 fevral tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsini əhatə edən “Özünü öldürmə və ölüm həddinə çatdırma” və “Özünü öldürmə” mövzularında və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114, 115, 116-cı maddələrinində fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:
1. Mirkazım Əyyubov- İlahiyyətçi
2. Gülnar Orucova- Psixoloq
3. Simuzər Hacıyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
4. Vəfa Abdullayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
Yeganə Telmanqızı
“XeberTıme.az”