AZAL Bakı-Moskva reyslərinin sərnişinlərinə müraciət edib.
Müraciətdə deyilir:
⠀
"Hava gəmisinə yalnız reysin uçuşundan 48 saat əvvəl alınmış koronavirus (COVID-19) testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılır. Arayış rus və ya ingilis dillərində təqdim edilməlidir. Həmçinin notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi ilə Azərbaycan dilində arayışın təqdim olunmasına icazə verilir.
⠀
Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-clinics"
“XeberTıme.az”