SON DƏQİQƏ

Şəhid Ramil Quliyevin adını daşıyan abidə bulaq kompleksi açıldı- FOTOLAR\VİDEO

Tarix:18-02-2021, 22:06

Qırx dörd günlük Vətən Müharibəsində vuruşan igidlərin şücaətləri tarix boyu xalqımızın yaddaşından silinməyəcək.

Şəhidin doğum günü yaşadığı Sumqayıt şəhəri 18 mikrorayon ev 1 a saylı binanın qarşısında xatirəsini əbədiləşdirmək üçün  abidə bulaq kompleksi açıldı. Əvvəlcə şəhidlərin  ruhuna dualar oxunaraq əziz xatirələri ehtiramla yad edildi. Abidə kompleksinin önünə tər çiçəklər qoyuldu.                                                                                                Şəhidlərin ailə üzvüləri abidə bulaq kompleksinin yaradılmasında əməyi və zəhməti olan hər bir kəsə minnətdarlığını bildirdilər.        
Quliyev Ramil Elşən oğlu 18 fevral 1991-ci ilin Qubadlı rayonunda dünyaya gəlib. 1997-ci ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2000-ci ildən təhsilini Sumqayıt şəhər 35 saylı tam orta məktəbində davam etdirib və 2008-ci ildə həmin məktəbin məzunu olub. Ali təhsilini Ukraynada almışdır. O, 2011-ci ildə Kiyevdə Personalın İdarəetməsinin Regionlararası Akademiyası (MAUP)-nın menicment fakultəsinə daxil olmuş və 2015-ci ildə bitirmişdir. 2015-ci ilin iyul ayında hərbi xidmətə getmiş, hərbi xidmətdə baş atıcı olmuşdur. Hərbi xidmətdə olduğu müddətdə Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmişdir və 2016-cı ilin iyul ayında hərbi xidmətini bitirmişdir. Bundan sonra bir neçə özəl şirkətdə çalışmışdır. Qismən səfərbərlik elan ounduqda könüllü olaraq ərizə ilə müraciət etmişdir. 29 sentyabırda müharibəyə gedir. Əsgər yoldaşlarının dediyinə görə Ramil müharibədə çox verilən tapşırıqları uğurla yerinə yetirmişdir.                               

10 oktyabr...Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. 12 gün neytral zonada qalır, Ülvi adlı əsgər yoldaşı onu 4 km çiynində daşıyaraq arxa cəbhəyə təhvil vermişdir. Oktyabrın 22-də dərin etiramla Sumqayıtda Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır Azərbaycan xalqı ramil kimi oğulların vətənpərvərliyi, qəhrəmanlıqları ilə fəxr edirlər!  Ali Baş Komandan İlham Əliyev ölümündən sonra Quliyev Ramil Elşən oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.      
Xatırladaq ki, şəhidin adını daşıyan abidə kompleksi əmisi oğlanları Səid Quliyevin və Xalid Quliyevin şəxsi vasaitləri hesabına tikilib. 

 Allah bütün Şəhidlərimizə rəhmət etsin!
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

 
Yeganə Telmanqızı                                                         
 “XeberTıme.az” 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ