Dostumuz Şahin İbrahimli deyəndə ki,- " Rauf, bir şeir yaz, anamın sinə daşına yazdiracagam.Anam qürbətdə yaşayan böyük qardaşımın yolunu gözlədi.
Yollar bağlı olduğu üçün anam Nərgiz Həbib qızını doğulduğu Sədərək kəndində mərhum həyat yoldaşı İbrahim Kərbəlayi Hüseyn oğlunun yanında dəfn edə bilmədik".
Bu sözdən çox təəsirləndim və bu şeiri yazdım.
Yollar açılmadı, gələ bilmədim,
Gözlərin yollarda qaldı, can, ana!
Apara bilmədik səni vətənə,
Ürəyim yanında qaldı, can ana! !
Həkim də bilmədi sənin dərdini,
Mənim gözəl anam, zəhmətkeş anam.
Oğullar çox çəkər ana qəmini,
Mənim unudulmaz cəfakeş anam.
Anam uzun illər bu ayrılığın,
Həsrətin çəkərdi hər gecə - gündüz,
Ogull deyə - deyə köçdü dunyadan,
Xəzana dönübdür, bağım , dərəm, düz .
Rauf İlyasoğlu