SON DƏQİQƏ

Fevralın 22-də Şimali Kipr Türk Respublikasının Azərbaycandakı rəsmi təmsilçisi Növber Ferit Veçhi Yasamal rayon Heydər Əliyev Mərkəzinin qonağı oldu

Tarix:24-02-2021, 01:01

Fevralın 22-də Şimali Kipr Türk Respublikasının Azərbaycandakı rəsmi təmsilçisi Növber Ferit Veçhi və Bakı Nümayəndəliyinin Təhsil və Mədəniyyət attaşesi Tevfik Ulual Yasamal rayon Heydər Əliyev Mərkəzinin qonağı oldular.Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara riayət olunmaqla qonaqlar ilk öncə Mərkəzin foyesində Azərbaycan Rəssamlar ittifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların təşkilatçısı olduğu “Qisası alınan Xocalım” adlı sərgi ilə tanış oldular.
Sonra qonaqlar Mərkəzin Muzey bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət etdilər.
Mərkəzin əməkdaşları tərəfindən qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər haqqında ətraflı məlumat verildi.
Şimali Kipr Türk Respublikasının Azərbaycandakı rəsmi təmsilçisi Növber Ferit Veçhi Mərkəzin Xatirə kitabına ürək sözlərini yazdı və xatirə şəkilləri çəkildi. Şimali Kipr Türk Respublikasının Azərbaycandakı rəsmi təmsilçisi Növber Ferit Veçhi, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi mövzusunda müzakirələr apardı.
Sonda Şimali Kipr Türk Respublikasının Azərbaycandakı rəsmi təmsilçisi Növber Ferit Veçhi tərəfindən Yasamal rayon Heydər Əliyev Mərkəzinə "Bakı Gecələri" adlı foto-tablo hədiyyə olundu.


“XeberTıme.az”  


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ