SON DƏQİQƏ

Xocalı Faciəsinə həsr olunmuş tədbir keçirildi- FOTO

Tarix:24-02-2021, 21:19

24.02.2021-ci il tarixində Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü ilə Abşeron rayon Mədəniyyət Mərkəzində   Xocalı Faciəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elçin Quliyev, sədr müavini Nuranə Axundova, üzvü Aytən Əsgərova, Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Arif Vəliyev, "Vətən Müharibəsi Əlillərinə Kömək" İB-in Abşeron nümayəndəliyinin sədri Rəfil Mustafayev, H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova və başqaları iştirak etdi.
Tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə Xocalı Soyqrımına həsr olunmuş "Tarixi Həqiqətin Soyqırımı" adlı kitab iştirakçılara hədiyyə olundu. 
 Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Belə terror aktlarının ən dəhşətlisi Xocalıda baş verən soyqırım hadisəsi idi. 
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: 63 nəfər, uşaq,106 nəfər qadın, 70 nəfər qoca, 8 ailə tamamilə məhv edilmişdir.1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
2020- ci il  44 gün davam edən Vətən Müharibəsi nəticəsində Ali Baş Komandanımız İlham Əliyevin müdrik siyasəti və müzəffər ordumuzun rəşadəti nəticəsində tarixi qələbə qazandıq və 30 ildir düşmən tapdağı altında olan dədə-baba yurdumuzu yenidən azad etdik. Lakin  biz mənfur düşmənin törətdiyi faciələri, soyqrımları, vandallıqları da unutmayacağıq. 26 fevral tarixində mənfur düşmənin Xocalıda törətdiyi soyqırımda bizim qan yaddaşımızdır.
 Bu  tədbirlərin keçirilməsində də əsas məqsəd  gənc nəslə vətənpərvərlik hislərini daha da aşılamaq, onlara ermənilərin törətdiyi vəhşiliklər haqqında məlumat vermək və  daima Xocalı sakinlərinin yanında olduğumuzu göstərməkdir.

“XeberTıme.az” 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ