SON DƏQİQƏ

Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş “Qisası alınan Xocalım” adlı sərgi davam edir- FOTOLAR

Tarix:25-02-2021, 10:29

Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş “Qisası alınan Xocalım” adlı sərgi davam edir.
Fevralın 23-də Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev Yasamal rayon Heydər Əliyev Mərkəzinin qonağı oldu.
Qonaq ilk öncə Mərkəzin foyesində Azərbaycan Rəssamlar İttifaqının üzvləri, sərgi-tədbir təşkilatçıları, rəssam Elnurə və Aygün İsgəndərovaların təşkilatçısı olduğu “Qisası alınan Xocalım” adlı sərgi ilə tanış oldu.
Sonra qonaq Mərkəzin Muzey bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət etdi.
Mərkəzin əməkdaşları tərəfindən qonağa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verildi.
Səfir Rustam Soliyev Mərkəzin Xatirə kitabına ürək sözlərini yazdı və xatirə şəkilləri çəkildi. Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev və Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi mövzusunda müzakirələr aparıldı.
Sonda Tacikistan Respublikasının Azərbaycandakı səfiri Rustam Soliyev tərəfindən Yasamal rayon Heydər Əliyev Mərkəzinə kitab hədiyyə olundu.

“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ