Soyqrım törənən yerdi Xocalı
Toplardan o gecə mərmi atıldı ,
Xainlər düşmənə necə satıldı .
Əzəli torpagım yada qatıldı ,
Odlara qalandı yurdum Qaralı ,
Soyqrım törənən yerdi Xocalı.
Ruslar erməniylə hücum etdilər,
Hər alçaq işlərə birgə getdilər ,
Qırgını törədib, qaçıb itdilər ,
Qarda donmuş şəhid, neçə yaralı ,
Daglar qan agladı ,yandı Xocalı .
Saqqallı canılər kəndə darışdı,
Xocalı fəryadı ərşə qarışdı,
Şəhər bir gecədə yandı, alışdı,
Körpələr döşənib yerdə saralı ,
Soyqrım törənən yerdi Xocalı .
O gecə Qarqar da qan aglayırdı,
Ruhlardan ayrılan can aglayırdı ,
Ah çəkən ahlar da can daglayırdı ,
Qovdular meşəmdə ceyran ,maralı ,
Soyqrım törəndi , yandı Xocalı.
İnsanı agactək edib qol-budaq ,
Bədəndən ayrılan baş , ayaq ,qalaq,
Nə qədər qırıblar ,gör qalaq - qalaq ,
Analar baladan qaldı aralı ,
Soyqrım törənən yerdi Xocalı.
Anası erməni ,satqın, qurumsaq ,
Sirrini verirdin dayına ,sarsaq .
Yaram sagalsa da qopardın qaysaq,
Qaçmaga kimsənin oldu macalı ,
Soyqrım törənən yerdi Xocalı.
Rauf İlyasoglu
Xocalı faciəsi
Xocalı, Soyqrım ! İlahi görən ,
Yer üzündə belə gəzmək olarmı ?
Süngüyə sancılan körləni görən,
Yaşamaq olarmı , dözmək olarmı?
İsməti taptanan qızlar ,gəlinlər ,
Dərisi soyulan kişilər ,ərlər,
Şirtək döyüşərək ölən əsirlər ,
Qəddini dik tutub gəzmək olar ?
Balanı yandırdı ana yanında ,
İt qanı axırdı "hayem"qanında ,
Əsir nə gündədir ,yarım canında ,
Qansız alçaqları əzmək olarmı?
Xocalı dayandı ,məgrur yaşadı,
Onlar ürəkliydi , xalqla qoşaydı ,
İgid qanları da aşıb- coşardı,
Şeytan hiyləsinə dözmək olarmı?
Dəhşətli o gecə düşdü yadıma ,
Xocalı gətirdi pənah Agdama ,
Qoçaq Alı (1) yetdi girov dadına ,
Erməni gözündən Allah , qan dama ,
Əsl soyqrımi edib Agdama .
1. Alı - hamımızın Ali deyə müraciət etdiyimiz igid sərkərdə , Naxçıvanik , Aranzəmin, Kətik, Ağbulaq yuksəkliklərini düşməndən azad edərkən igidliklər göstərmiş və şəhidlik zirvəsinə yuksəlmiş batalyon komandiri Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bagırovun rəhbərliyi ilə minlərlə əsir düşən Xocalı sakinləri , vəhşi , qansız erməni işgəncəliyindən azad edildi və minlərlə şəhidlərimiz düşməndən alınaraq Agdamın Uzun dərə deyilən ərazisində dəfn edildi . 23 nəfər girov erməninin dəyişdirilməsi müqabilində 2000 dən çox Xocalı sakinlərinin istər ölüsünü, istərsə də dirisini düşmən əsarətindən azad edən , zəhimli baxışından düşməni lərzəyə gətirən Allahverdi Teymur oğlu Bağırovun və 6 mindən çox şəhid vermiş Ağdamın igid döyüşçülərinin o vaxtkı xidmətlərini xalqımız unutmamalıdır.
Bu igidlik o dövrdə əslində vəzifə borcu olan, lakın öz səlahiyyətlərini yerinə yerirməyən on xarici işlər nazirliyinin də işini görən belə qeyrətli ogulların xidmətləridir, bu cəsarət danılmazdir .
İndi Kəlbəcərdə girov düşmüş iki nəfər soydaşlarımızı dövlət səviyyəsində də düşməndən azad edə bilmirik.
Cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Rauf İlyasoglu .