"Həkəri" qəzetinin fevral sayında dövlət əhəmiyyətli obyektlərin, zavod və fabriklərin tikintisində, xüsusilə izolyasiya işlərinin və ventilyasiya qurğularının quraşdırılmasında əvəzsiz xidmətləti olan təcrübəli mütəxəssis Vahid Süleymanovun 80 illik yubileyi ilə bağlı geniş və ətraflı məlumat vermişdik.
Bu günlərdə Nərimanov rayonundakı " Turac " ailəvi istirahət mərkəzində Vahid Süleymanov rayon ağsaqqallar şurasının fəal üzvləri olan qonşularını bir masa ətrafına yığaraq xidmani bir məclis təşkil etmişdir.
Vahid müəllim qonaqları salamladıqdan somra məclisi idarə etmək üçün polkovnik Sucəddin Abdullayevə sözü verdi.
Komsomol məktəbini keçərək uzun illər sərhəd qoşunlarında komandir müavini işləmiş və bu gün də içtimai işlərdə, xüsusilə Prezident , deputat və bələdiyyə seçkilərində fəal iştirak edən Sucəddin Abdullayev Vahid Suleymanovu 80 illik yubileyi muşünasibəti ilə ürəkdən təbrik etdi və bir vaxtlar Sumqayıtın tikinti və quruculuq sahəsində birgə çalışarkən Vahid Süleymanovun böyük nüfuz sahibi olmasından, hər bir çətin işlərin öhtəsindən bir rəhbər olaraq layiqincə gəlməsindn ağız dolusu danışdı.
Sucəddin Abdullayev Ölkə Prezidenti, Ali Baş Komandanımız İham Əliyev başda olmaqla ordumuzun şanlı qələbəsındən iftixarla söhbət açdı, müharibədə zərər cəkmiş soydaşlarımıza, qazilərimizə şəfa dilədi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra söz digər qonşulara verildi .
Vətənpərvər ziyalılardan olan Aydın Məmmədov, Ğəray Ğərayov, Azad Kamalov, Əziz Məmmədov və bu sətirlərin müəllifi R.İlyasoğlu çıxış edərək sözübütöv, böyük-kiçik yeri bilən dürüst, saf, əqidəli şəxsiyyət, el ağsaqqalı olan Vahid Süleymanovun insani keyfiyyətlərindən söhbət açdılar.
Azərbaycanın milli xörəklərinin ətri hər tərəfə yayılmışdı.
Belə bir xudmanı məclisdə məlahətli səsi ilə könülləri çuşa gətirən xanəndə qonşumuz Azad Kamalov muğam parcası və "Xatırla məni " xalq mahnısını özünəməxsuz tərzdə kövrk notlarla ifa edərək məclisə xoş ovqat qatdı.
Tədbir iştirakcılarına yubilyar haqqında yazılmış
"Həkəri" qəzeti təqdim olundu.
Sonda dostlar Vahid müəllimə növbəti ad günlərini Şuşada, el obamızla birlikdə qeyd etməyi arzuladılar.
Rauf İlyasoğlu