Vətən müharibəsi döyüşlərinin qazisinin qız övladı dünyaya gəldi.
27.02.2021-ci tarixində Sumqayıt şəhər 1 nömrəli Doğum Evində Qarabağ qazimiz Hüseyn Bağırovun Nuray adlı qız övladı dünyaya gəldi. Doğuşu idarə edən mama-ginekoloq Sevinc Şahverdiyevanın sözlərinə görə xəstə Zeynalova Sveta 27.02.2021-ci tarixində kəsgin ağrılarla xəstaxanaya qəbul olundu və təbii doğuş oldu. Ana və uşağın ümumi vəziyyəti normaldır. Uşağın çəkisi 2450 qram, boyu 45 sm-dir.
Xatırladaq ki, Bağırov Hüseyn Oktay oğlu 27 sentyabr 2020-ci il tarixində könüllü olaraq Vətən müharibəsinə yollanır və son günə qədər Haramı düzü, Ağdərə istiqamətində gedən ağır döyüşlərdə cəsurluqla iştirak edərək döyüş yolu keçir. Sinəsindən güllə yarası alaraq ağ ciyəri zədələnib. Hüseyn Bağırov Sumqayıt şəhərində Xəzri bağları adlanan sənaye zonasında vaqonda yaşayır.
Bizdə “XeberTıme.az” informasiya portalı olaraq Sumqayıt şəhər 1 nömrəli Doğum Evinin baş həkimi Təranə Rəcəbli başda olmaqla bütün tibb personalına öz təşəkkürümüzü bildiririk.
Yeganə Telmanqızı
“XeberTıme.az”