SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:4-03-2021, 19:39

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra”  verlişi 06.03.2021-ci il tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.  
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-124-ci maddələrini əhatə edən “Qəsdən və ehtiyasızlıqdan adam öldürmə”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117-135-cı  maddələri “Övladlığa götürülmə və onun ləğvi qaydası” mövzularında fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır.
  
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                                                                                          
1. 
Nailə İslamzadə - Əməkdar artıst, məşhur teleaparıcı.                                          
  
 

2.  Simuzər Hacıyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.


3. Gülşən Rüstəmova – Ailə psixoloqu                                                                                                  
  
4. Sərxan İbrahimov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.

Yeganə Telmanqızı 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ