SON DƏQİQƏ

Bu telefonlar bir ay sonra işləməyəcək - XƏBƏRDARLIQ

Tarix:5-03-2021, 01:41

Xaricdən Azərbaycana gətirilən mobil telefonlar da digər mallar kimi mütləq bəyənnaməyə salınmalıdır.
“XeberTıme.az” xəbər verir ki, bunu brifinqdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
“Söhbət məbləğdən və vergidən getmir. Mobil telefon alınıbsa və bəyənnamə yoxdursa, onun İMEİ kodunu gömrük orqanlarına bəyan etməmisinizsə, həmin telefonu bir aydan sonra işlədə bilməyəcəksiniz.
Bu istiqamətdə bəzən maarifləndirmə düzgün aparılmaya bilər. Vətəndaşlar ayda bir dəfə özü üçün mobil telefon gətirə bilər. Lakin onu da bəyan etmək lazımdır. Bunu müxtəlif formalarda etmək olar”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ