SON DƏQİQƏ

5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür

Tarix:5-03-2021, 21:14

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunurAzərbaycanda bədən tərbiyəsi və idmanın tarixi çox qədimdir və xalqın mədəniyyəti ilə sıx bağlıdır.                                                                                     
Azərbaycan folklorunda igidlərin oxatma, atçapma, güləş və digər xalq oyunlarında göstərdikləri şücaət və qəhrəmanlıqlar tərənnüm olunmuşdur. Qobustan qayaüstü rəsmlərində qədim insanın müxtəlif fiziki hərəkətlərinin əyani təsviri Azərbaycanda idmanın uzaq tarixindən xəbər verir.                 
Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.                                                      
5 mart Azərbaycan idmanı üçün xüsusilə əlamətdar bir gündür. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub.
Indi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib, idman mərkəzləri uğurla fəaliyyət göstərir. Hazırda Azərbaycanda 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bundan başqa, bir neçə Olimpiya İdman Kompleksinin inşası isə uğurla davam etdirilir.
Mingəçevirdəki Beynəlxalq Avarçəkmə Mərkəzi daha müasir səviyyədə yenidən qurulub. Qusarda yaradılan Şahdağ qış-yay turizm kompleksi ölkəmizdə dağ xızək idmanı və digər qış idman növlərinin, eləcə də turizmin inkişafı üçün hərtərəfli imkanlar açıb. Şahdağ Milli Parkının ərazisində yerləşən bu kompleks indi çoxsaylı turistlərin üz tutduğu məkandır. Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin inşası da Prezident İlham Əliyevin ölkəmizdə idmanın bütün növlərinin inkişafını dıqqətdə saxladığını göstərdi. 

Ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sferaları, o cümlədən idman və bədən tərbiyəsi sahəsini əhatə edir, bu sahədə qazanılan nailiyyətlər ildən-ilə daha da artır. İdmançılarımızın da ildən-ilə artan nailiyyətləri dövlətin bu sahəyə olan dəstəyinin nəticəsidir. Ölkədə idman və bədən tərbiyəsinin maddi-texniki bazası ildən-ilə möhkəmləndirilir. Ölkənin müxtəlif bölgələrində çoxsaylı idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman kompleksləri, stadionlar və digər idman meydançaları təmir edilir, günün tələblərinə uyğun yenidən qurulur. 2020-ci ildə isə Azərbaycan futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək.                                                                                          
Bütün bu uğurlar Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.                                                                                              

Əziz idmançılar  bol-bol uğurlar, qalibiyyət  arzulayırıq. Həmişə Dünya, Avropa, Olimpia  arenalarında Azərbaycanın qürurverici üç rəngli bayrağını dalğalandırıb, himnimizi səsləndirəsiniz.                                                                                                    
Əziz idmançılar və idman sevənlər. Bayramınız mübarək! 
 Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                            
 


         

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ