SON DƏQİQƏ

Mübariz Mənsimov şərti azadlığa buraxılıb

Tarix:5-03-2021, 22:00

Bu gün İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
XeberTıme.az  xəbər verir ki,  keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmünə əsasən, M. Mənsimov 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb. M. Mənsimovun ölkədən çıxışına da qadağa qoyulub.
Qeyd edək ki, M. Mənsimov ötən ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ