SON DƏQİQƏ

Azərbaycanda Beynəlxalq Qadınlar Günü qeyd olunur

Tarix:8-03-2021, 10:32

8 MART- Gözəllik və xoş arzular bayramıdır.Bayramınız mübarək əziz xanımlar.                                                  
Qadın-bəşəriyyətin ən dəyərli varlığı, qadın müqəddəs ana, qadın şəfqətli bacı, qadın sadiq həyat yoldaşı. Bu gün sizin bayramınızdır. Əziz ana, sevimli bacı, fədakar həyat yoldaşı.       

Beynəlxalq Qadınlar Gününün bayram edilməsi alman sosialist qadını Klara Setkin  1910-cu ildə 8 martı dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub və   qadınlarının ikinci Beynəlxalq konfransında qərara alınıb. Qadınlar günü ilk dəfə Azərbaycanda 1917-ci ildən qeyd edilir.   
Qadın ana, bacı, həyat yoladaşı, dost...Siz cəmiyyətin hər anında önəmli yer tutursunuz. Azad Azərbaycan Qadını olaraq hər zaman Şərqdə və Qərbdə nümunə olmusunuz.                     
8 Mart Novruzdan öncə ölkəmizdə qeyd olunan ilk yaz bayramıdır. 8 Mart heç zaman təqvimdən silinməyəcək. Çünki bu gün cəmiyyətimizin əziz parçası olan xanımlarımızın günüdür. Azərbaycan qadınları mühüm dövlət qurumları, parlament və bələdiyyələrin uğurla təmsil olunur. İctimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında fəal iştirak edir. Ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Səbinə Abdullayeva, Sevil Bünyadova, İlahə Qasımova və diğər çempion idmançı qadınları  göstərmək olar.                                                    
Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Tarix boyu o özünün müdrikliyi, qəhrəmanlığı, işgüzarlığı və saflığı ilə keçmişımızə parlaq səhifələr yazmışdır. Məmnuniyyət hissi ilə qeyd etmək isdəyirəm ki, müstəqil Azərbaycanın bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından, qanından keçən Gültəkin Əsgərova, Salatın Əsgərova kimi Azərbaycanın Milli Qəhrəman qızları var. Şəhidlərimizi böyüdən onları vətənpərvər ruhda tərbiyə edən  məğrur analarımız var. Hər bir böyük sərkərdənin, şəxsiyyətin arxasında ilk növbədə bir ana, bir qadın durur.                                                   
Müstəqil Azərbaycanın qazandığı böyük uğurlarda qadınların misilsiz xidmətləri var. Onlar Vətənimizin yüksəlişinin təmin edilməsində öz qüvvələrini əsirgəmirlər. Bu gün Azərbaycan qadını xoşbəxtdir. Çünki o, Azərbaycan adlı məmləkətin vətəndaşıdır.               
Əziz kişilər! Bütün analar, qızlar, qadınlar təkcə bayram günlərində deyil, ilin bütün günlərində diqqət və qayğıya layiqdirlər. Arzu edirik ki, su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl qadınlarınıza həyatın bütün gözəlliklərini bəxş edəsiniz. Qadınların həmişə mənəvi dayağa, ülvi məhəbbətə və qaygıya etiyacı var. Onlar bir-birinə bənzəməz-zərifi var, güclüsü var. Amma onları birləşdirən yeganə bir ad var- ANA!                                             
Bu gün münasibəti ilə bütün Azərbaycan   xanımlarını  “XeberTıme.az”  informasiya portalı 
olaraq səmimi qəlbdən təbrik edirik. Əziz xanımlar sizə hər zaman ana sevinci, qadın xoşbəxtliyi  qayğı, sevgi, gözəllik, zəriflik və təbəssüm arzu edirik. Xoşbəxt olun!!!    

Yeganə Telmanqızı                                                                                         
“XeberTıme.az”
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ