SON DƏQİQƏ

8 Mart təbriki ilk öncə şəhid ana və bacılarımızındır!

Tarix:9-03-2021, 16:38

Hər il 8 mart günündə qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq tanınan qadınların iqtisadi,ictimai və siyasi mübarizəsini,habelə ümumi olaraq qadınlara qarşı nəzakət,sevgi və məhəbbətin  tərənnümünü və onların haqlarının müdafiəsini ənənəvi hala gətirmiş bayramdır.8 mart tarixi ilk olaraq əksər ölkələrdə,habelə Anqola, Burkina Faso,Qvineya, Kamboca, Çin, Konqo, Laos, Makedoniya. 
Respublikası,Monqolustan,Nepal,Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır.Qeyd edim ki,BMT də 8 -martı beynəlxalq qadınlar günü kimi tanımışdır.Belə ki,Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1977-ci ilin 16 dekabrında 8 martın Beynəlxalq Qadınlar Günü kimi keçirilməsini qəbul və təsdiq etmişdir.
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizə başlanğıc kimi 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində,geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. 1908-ci ildə Nyu- Yorkda 15000 qadın,daha qısa çalışma saatı,daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş keçirdi.Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarınq toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə edirdi.
Bu il ölkəmizdə isə 8 mart Beynəlxalq Qadınlar bayramı gününü,qalib Ali Baş Komandan İlham Əliyev nizami rəhbərliyi və Ordumuzun şücayəti ilə uzun müddət işqal altında olan torpaqlarımızı azad etməklə,bütün Azərbaycan qadınlarını təbrik etdi. 30 ilə yaxın müddətdə İşqal altında olan torpaqlarımızın azad olunması
,ana,bacılarımız üçün ən böyük hədiyyə oldu.
Məlumunuz olduğu kimi ümummilli qələbəmizlə nəticələnən 44 günlük "vətən müharibəsi"-ndə,yaralanmış  əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması Dövlətimizin məqsədyönlü siyasətinin əsas tərkib hissəsidir.
Ölkəmizdə bütün şəhər və rayonlarda olduğu kimi,hakim partiya Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının əməkdaşları və könüllüləri rayon İcra Başçısı və Təşkilat sədrinin təşəbbüsü ilə şəhid ailələri və qaziləri ziyarət edərək,yeni nəcib aksiyaya start veriblər.Onlar rayon mərkəzində və kəndlərdə şəhid ailələri ilə görüşərək,bayram hədiyyələrini verərək,onların bayramlarını təbrik ediblər.Belə ki,YAP Saatlı rayon təşkilatının üzvləri Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş rayonun Potubəyli kəndindən olan, YAP üzvü Əmiraslanov Amin Vaqif oğlunun məzarını,ailəsini və müharibədə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış, rayonunun Qaracalar kəndindən olan baş leytenant Əhmədli Şahid Gülməmməd oğlunun məzarını ziyarət etmiş, məzarı önünə gül-çiçək dəstələri düzərək,şəhidin ailəsini ziyarət etmişlər.Şəhid ailələrinin ziyarəti zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib,ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolundan danışılıb,ailə üzvülərinə yüksək hörmət və ehtiram ifadə olunmuşdur. Qeyd olunub ki, şəhidlər qanları, canları ilə Qarabağı, işğal altında olan torpaqları azad edərək ölkəmizə şanlı qələbə sevinci yaşatdılar. Biz onlara hər zaman borcluyuq, Şəhidlərin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.Şəhidlərin valideyinləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Partiya sədri,cənab prezident İlham Əliyevin,YAP-ın VII cı Qurultayında,partiya fəallarına və bütün üzvlərə tövsiyyəsi  respublikamızın hər şəhər və rayonlarında olduğu kimi, rayonumuzda da şəhid ailələri və qazilərimizin daima diqqət və qayğıda olacağının bir daha göstəricisidir.
Mən qürurla bütün şəhid anaları və xanımlarını,Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramını təbrik edirəm.Bu gün gənclərimizin yüksələn siyasi,fiziki hazırlığından,fitri istedadından danışır,beynəlxalq səviyyəli idman yarışları,olimpiadalardakı qələbəsi ilə qürur duyuruqsa,bu amilin özü də cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yeri və əməyi olan, ictimai fəallığı ilə diqqət çəkən, ölkədə davam edən uğurlu,sabit dinamik iqtisadi siyasətdə və inkişaf proseslərində fərqlənən qadınlarımızın,analarımızın şücaətinin,artan intellekt səviyyəsinin nəticəsidir. 
Xüsusilə qeyd edirəm ki,bu bayram münasibəti ilə Birinci vitse- prezidentimiz Mehriban xanımı qayğıkeş və vətənpərvər ana olaraq təbrik edirəm!Onun bütün ictimai-siyasi fəaliyyəti dövründə, ələxsusda istər vətən müharibəsi  zamanı,istərsədə müharibədən sonra ön və arxa cəbhədəki fədakarlığını,qələbəmizçün Ali Baş Komandana göstərdiyi yaxından köməyi,bütün şəhid ailələrinə və qalib qazilərimizə yardımını xüsusi vurğulayıram və təqdir edirəm. Mehriban xanım gördüyü genişmiqyaslı işlərlə xalqımızın böyük sevgisini,inamını qazanmışdır və əminəm ki,bundan sonrada Azərbaycan üçün daha böyük işlər görəcəkdir.O,buna qadirdir!
Beləliklə bu gün dunyanın qadinlar qarşısında bas əydiyi gündür.Hər kəs bu həyatda varlığı üçün sizə borcludur əziz analarımız.Məndən, şəxsən vətənpərvərlik,fədakarlıq, sevgi,səbr və gözəllik nədir deyə soruşarlarsa,fəxrlə Anamdır deyərək cavab verərdim!
Sizlərə davamlı,heyrətamiz görünüşlər və bütün cəbhələrdə uğurlar arzulayıram əziz şəhid ana-bacılarımız və şəhid analarımız!İlin ən qadın günündə bütün şəhid analarımızı və  analarımızı səmimi qəlbdən təbrik edirəm!Ailənizdən və dostlarınızdan daima  mehribançılıq,sevinc və hər gününüzdə nikbinlik arzulayıram.
Qadınlar gününüz mübarek olsun əziz şəhid Analarımız !
Ölkəmizdə isə Beynəlxalq Qadınlar Günü,bayramı,ŞƏHİD ANALARIMIZA təsəlli günü olmasını arzulayıram.
Qarşınızda ehtiramla baş əyirik əziz  ŞƏHİD ANALARIMIZ!

YAP
Saatlı rayonu 15 saylı İlk
partiya təşkilatının sədri, 
İqtisad Universitetinin məzunu
VÜQAR MƏMMƏDOV. 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ