SON DƏQİQƏ

Görünmürsən yenə də

Tarix:12-03-2021, 00:02

Şair-publisist, AJB-nin üzvü  Rauf İlyasoğlu yaradıcılığı
Gözəldi 


Gözəl gördüm, gözləri can alandı, 
Allah qələm çalıb , necə gözəldi? 
Baxışından canım oda qalandı, 
Dərdə salıb, vallah necə gözəldi? 
 
Bəlkə yuxu, ya gerçəkdi , yalandı, 
Bu qız məni yaman oda salandı, 
Qiyamətdi, qol boynuma dolandı, 
Ləbləri bal, şux qaməti  gözəldi.
 
Gəl demə ki, kimsəsizdi, qəribdi, 
Bağban gülü baxçamıza səribdi, 
Rauf gülün ən gozəlin dəribdi , 
Sevdiyim qız gözəllərdən gözəldi.

Rauf İlyasoğlu
 
Könül duyğularım kitabımdan, 2014,  səhifə 84

Görünmürsən  yenə də 
 
Boylanıram hər gecə açıq pəncərənizə, 
Həyacanla keçirəm küçənizdən yenə də.
Bəlkə də gizli  süzüb pərdənin arxasından, 
Mənə əzab verirsən, görünmürsən  yenə də.
 
Fikrimdən nələr keçir, baxaydın pəncərədən, 
Gəlirəm, qadan alım,  deyəydin qaş - gözünlə, 
Hərarətli əllərin əlimi isidəydi, 
Xəyaldan ayıraydın, məni şirin sözünlə.
 
Hərdən məndən inciyib, naz edəydin gecələr, 
Yalvarıb barışaydım, ürəyimsən deyəydin.
İstərdim ki, ömrümüz bax beləcə keçərdi, 
Deyəydilər: bəxtəvər, özümüzü öyəydik.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ