Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi 13.03.2021-ci il tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-128-ci maddələrini əhatə edən ”Qəsdən bədənə ağır və yüngül zərər vurma” mövzusunda fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:
1. Ulduz Sönməz- Azərbaycanın Əməkdar Mədənbiyyət işçisi, aşıq, şair.
2. Qələndar Muxtarlı – Tarixçi.
3. Vəfa Abdullayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
4. Cəlil Mahmudov– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəki.
Yeganə Telmanqızı
“XeberTıme.az”